ABŞ-ın belə şərait yaratmaq gücü var… …Çin Rusiya lideri Vladimir Putindən müharibəni dayandırmağı tələb edə bilər. Buna nail olmaq üçün Pekin təkcə müharibədən pul qazanmağa deyil, həm də pul, müqavilə və texnologiyanı itirməyə başlamalıdır. SİA-nın məlumatına görə, bu sözləri “Ukrayna prizması” Xarici Siyasət Şurasının eksperti Aleksandr Krayev deyib Onun sözlərinə görə, ABŞ belə şərait yaratmağa qadirdir. …Yəni Amerika və digər tərəfdaşlarımız Rusiyanın təcavüzünə səssiz razılıq vermək çox baha başa gələndə… Çin isə öz aktivlərini necə qorumaq barədə düşünməli olacaq ki, bu da onun üçün daha vacibdir. Kraev…
Daha çoxDay: January 25, 2025
Dövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib
Yanvarın 24-də Dövlət Gömrük Komitəsinin 2024-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclası keçirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SİA-ya verilən məlumata görə İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, ölkədə həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq 2024-cü ildə bütün sahələrdə olduğu kimi gömrük sistemində də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atılıb. Qeyd olunub ki, cari ildə də xidmət səviyyəsinin yüksəldilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, əlçatanlığın, şəffaflığın təmin olunması istiqamətində gömrük orqanları qarşısında müəyyənləşdirilən tapşırıqların…
Daha çoxSüni intellektin insanlara təsirləri NƏLƏRDİR?
Süni intellekt müasir dövrdə həyatın bir çox sahəsində inqilabi dəyişikliklər yaradır. Texnologiya, tibb, təhsil, media və biznes kimi sektorlarda avtomatlaşdırma və məlumatların analizi vasitəsilə effektivliyi artırır. Süni intellekt insan əməyini tamamlayan, bəzən isə əvəz edən sistemlər yaradaraq istehsalın sürətini və keyfiyyətini yüksəldir. Eyni zamanda, jurnalistika və yaradıcılıq sahələrində də süni intellekt alətləri yeniliklər gətirir, lakin etik məsələlər və insan iş yerlərinə təsiri barədə müzakirələr də aktuallığını qoruyur. Hazırda süni intellekt texnologiyalarının inkişafı cəmiyyətin gələcəyini formalaşdıracaq əsas faktorlar arasında ön sıradadır. Bəs insanların həyatına süni intellekt necə təsir edir? Həmçinin insanlar…
Daha çoxHərbi vəzifəlilərlə praktiki atış çalışmaları icra edilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilib. Məşğələlər tibb hazırlığı üzrə şəxsi heyətin maarifləndirilməsi və fəaliyyətlər zamanı ilkin tibbi yardımın düzgün və vaxtında göstərilməsi üçün praktiki məşqlərin yerinə yetirilməsi ilə davam edib. Sonra təlimə cəlb olunan heyətlə atəş hazırlığı məşğələləri keçirilərək, onlara atıcı silahların və əl qumbaraatanlarının taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib…
Daha çoxAzərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları 9 % artıb
2024-cü ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə 12 milyard 508,3 milyon ABŞ dolları dəyərində 5 milyon 916 min ton yük beynəlxalq yük daşımaları həyata keçirilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3,3 % və 9 % çoxdur. Ötən il avtomobil nəqliyyatı ilə 10 milyard 404,5 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 1,3 % çox) dəyərində 3 milyon 592,4 min ton (5,7 % çox) yük idxal edilib, 2 milyard 103,8milyon ABŞ dolları (15 % çox) dəyərində 2milyon 323,6 min ton (14,6 % çox) yük…
Daha çoxİranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib. Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın…
Daha çoxİranda bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsi qəbuledilməzdir
İranda bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsi qəbuledilməzdir. SİA xəbər verir ki, bu məsələ Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın diqqətinə çatdırılıb. Bildirilib ki, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsi qəbuledilməzdir.
Daha çoxRəşad Nəbiyevin Qusardakı vətəndaş qəbulunun vaxtı növbəti dəfə dəyişdirilib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin yanvarın 27-də Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı yanvarın 31-nə dəyişdirilib. SİA nazirliyə istinadən xəbər verir ki, nazir vətəndaşları Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 09:00-da qəbul edəcək. Qəbula yanvarın 24-nə qədər nazirliyin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Daha çoxYaşar Gülər Hikmət Mirzəyevi qəbul edib
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyevi qəbul edib. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu da görüşdə iştirak edib. Qeyd edək ki, Hikmət Mirzəyev Türkiyədə rəsmi səfərdədir.
Daha çoxAzərbaycan nefti ucuzlaşmaqda davam edir
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,73ABŞ dolları, yaxud 0,9 % azalaraq 80,5 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,50 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi…
Daha çox