Beş mindən çox rusiyalı mühacir ABŞ və Meksika arasında qalıb


Prezident Donald Trampın ölkəyə girişi asanlaşdıran fərmanını ləğv etməsindən sonra beş mindən çox rusiyalı Meksika-Amerika sərhədində ilişib qalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Spontan qaçqın düşərgəsində ümumilikdə MDB ölkələrinin 26 minə yaxın sakini var.

Trampın sadələşdirilmiş giriş haqqında fərmanını “xəyanətkarcasına ləğv etməsi” səbəbindən 5000-dən çox rusiyalı Meksika-ABŞ sərhədində tapılıb.

Sərhəddə vəziyyət gərginləşib.

Mash Telegram kanalı xəbər verir ki, Cozef Bayden CBP One proqramı vasitəsilə ABŞ-da mühafizə tələb etmək imkanı da daxil olmaqla, icra sərəncamları verib.

Nəticədə rusiyalı miqrantlar və digər MDB ölkələrinin vətəndaşları çətinliklə üzləşiblər.

Sərhədçilər müsahibələri dayandırıblar ki, bu da qaçqın statusunun leqallaşdırılması prosesini çətinləşdirib.

…Xatırladaq ki, Tramp miqrantların əksəriyyətinin terrorçu və cinayətkar olduğunu bildirmişdi.

…Və bu arada bir neçə min polyak da ABŞ-dan deportasiya oluna bilər.

Əli Babayev

Əlaqəli Xəbərlər