“Ülviyyə Namazovanın Allahdan başqa heç kimdən qorxusu yoxdur!”


Müğənnilər Ülviyyə Namazova ilə Aysun İsmayılovanın qalmaqalına Rəqsanə İsmayılova da qoşulub. SİA-nın əldə etdiyi məlumata görə, Rəqsanə sosial media hesabında açdığı canlı yayımda qəzəblənib.

O, qızı ilə dava edən həmkarına ismarıc göndərib: “Aysun uşaq deyil. Dünən Şəbnəm deyir ki, Aysun uşaqdır. Ülviyyə 100 ilin sənətkarıdır ki, Aysun onun yanında uşaq olsun? Ülviyyə kimdir ki? Üç gündür oxumağa gəlib. Ülviyyə Moskvaya gəlsə, onun üstündən sürüb keçərəm. Bilirlər ki, hər şeyə qadir insanam. Hansı ana övladını ata, arxasında durmaya bilər? Hansı ana deyə bilər ki, uşağım haqqında yaxşı edirlər, belə danışsınlar. Yenə deyirəm, Ülviyyə özünü yığışdır! Sənin üçün o, bu deyiləm. Sənin anana hörmətim var, Allah canını sağ eləsin, başınızın üstündən əskik olmasın. Amma Dilarə Rəqsanə deyil! Özünü yığışdır, söhbəti bağla, mənim uşağımın adını çəkmə! Məni o həddə çatdırma ki, səninlə başqa cür danışım. Nəinki Ülviyyə, hamınıza aiddir, eşitsəm ki, efirdə mənim, ya da uşağımın adını çəkirsiniz. Sizə efirdən cavab verməyəcəyəm, kənarda necə lazımdırsa, cavabınızı verəcəm. Axırıncı dəfə xəbərdarlıq edirəm, özünüzü yığışdırın. Ülviyyə mənim də, uşağımın da adını çəkmə. Sən mənə barmaq göstərə bilməzsən!”.

SİA mövzu ilə bağlı müğənni Ülviyə Namazovanın fikirlərini öyrənib. O, bildirib ki, baş verən məsələyə görə çox əsəbidir: “Bu barədə açıqlama vermək istəmirəm. Çünki çox əsəbi və stressliyəm. Hamı göz qabağındadır. Elin gözü tərəzidir. Heç kim ağ qaşıq deyil. Bax belə də deyirəm. Heç kim də Allah deyil. Ülviyyə Namazovanın Allahdan başqa heç kimdən qorxusu yoxdur!”.

Müğənni sözlərinə belə davam edib: “Dünəndən bu günə özümə gələ bilmirəm. Mənə o qədər adamlar söz atır ki… Yəni, bu ilk deyil. Hamının öz abrı-həyası var. Mən heçkimə cavab vermirəm. Əgər kimlərəsə cavab versəm, olaram onların tayı”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər