Ukrayna Müdafiə Nazirliyi işçilərini ixtisar etdiyini açıqlayıb


…Ukraynanın müdafiə naziri Rustem Umerov rəhbərlik etdiyi departamentdə ixtisar elan edib.

SİA-nın məlumatına görə, onun sözlərini ölkənin Müdafiə Nazirliyinin Telegram kanalı sitat gətirir.

Bildirilir ki, Umerovun müavini Dmitri Klimenkov və müdafiə təchizatı agentliyinin direktoru Marina Bezrukova işdən çıxarılacaq.

Bu qərarın səbəbi münaqişə zamanı departamentin alışları ilə bağlı məlumatların daim “sızması” olduğu bildirilir.

…Hərbi vəziyyət dövründə bağlanmalı olan silah alışları bir növ “Amazon”a çevrilib ki, burada hər bir internet istifadəçisi real vaxt rejimində kimin nəyi, hansı miqdarda və hansı istehsalçıdan aldığını görə bilir.

Bunu Umerov yazıb.

Bundan əvvəl o, Londonda Böyük Britaniyanın müdafiə naziri Con Hili ilə görüşüb.

…Danışıqlarımızın əsas mövzusu 2025-ci ildə təhlükəsizliyin əsas sahələrində ikitərəfli əməkdaşlıq planlarının əlaqələndirilməsi olub, – deyə Ukrayna müdafiə departamentinin rəhbəri yazıb.

Əli Babayev

Əlaqəli Xəbərlər