Türkiyənin Koru Xəstəxanasının nümayəndələri ilə görüş keçirilib


Yanvar 24-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında Türkiyənin nüfuzlu Koru Xəstəxanasının nümayəndələri ilə görüş keçirilib.

SİA-nın məlumatına görə, görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının Rəisi-baş həkim, tibb elmləri doktoru Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Türkiyənin Koru Xəstəxanasının Qadın Xəstəlikləri və Doğum şöbəsinin rəisi, professor Aydan Biri və Beyin və sinir cərrahiyyəsi üzrə mütəxəssis Gülşad Bademci iştirak ediblər.

Səmimi və mehribanlıq atmosferində keçən görüşdə ikitərəfli əməkdaşlığın perspektivlərinin inkişafı, beynəlxalq sahədə əlaqələrin genişləndirilməsi sahəsində gələcək perspektivlər müzakirə olunub. Həmçinin iştirakçılar tərəfindən Mərkəzi Gömrük Hospitalı və Koru Xəstəxanasının fəaliyyəti barədə ətraflı məlumatlar təqdim edilib. Daha sonra qarşılıqlı maraq doğuran təkliflər irəli sürülüb və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dilarə Zamanova Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi.

Əlaqəli Xəbərlər