Pərviz Şahbazov Qobustanda vətəndaşları qəbul edib


Bu gün energetika naziri Pərviz Şahbazov Qobustanda vətəndaşları qəbul edib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, kabelləşmə, elektrik xətlərinin istismar vəziyyəti, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, qazlaşdırma, qaz kəmərinin yenilənməsi, qaz sayğacının yerdəyişməsi, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda Qobustan, Göyçay, Sabirabad, Ağsu, Xəzər və Biləsuvar rayonlarından olan 20 vətəndaş iştirak edib.

Əlaqəli Xəbərlər