Media Trampın Kanadanı ABŞ-a necə birləşdirə biləcəyini yazıb


…Kvebek əyalətinin Kanadadan müstəqillik əldə etməsi ölkənin yeni ştat kimi Birləşmiş Ştatlara inteqrasiyasını asanlaşdıra bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “The Hill” nəşri yazır.

Deməli, beləliklə, Tramp ABŞ-ın mövqeyini irəli sürmək üçün Kvebekin müstəqillik tələbindən istifadə edə bilər.

Əgər ABŞ Kvebekin müstəqilliyinə razı olarsa, əyalət Amerikanın Kanada ilə bağlı planlarını dəstəkləyə bilər.

Bunu məqalə müəllifləri qeyd edirlər.

Jurnalistlər vurğulayırlar ki, Kanadanın Birləşmiş Ştatlara qoşulması Amerika millətini həm iqtisadi, həm də hərbi cəhətdən gücləndirəcək, Arktika ərazilərinə çıxışı açacaq.

Xatırladaq ki, yanvarın əvvəlində Donald Tramp, Çin və Rusiyanın təsirinə qarşı çıxmaq üçün Qrenlandiyanın ABŞ-ın bir hissəsi olmasını istəyib.

Qeyd edək ki, Tramp hələ 2019-cu ildə prezident olarkən Danimarka hakimiyyəti altında olan muxtar ərazinin alınmasını təklif etmişdi.

Həm o zaman, həm də indi bu təklif Qrenlandiya və Danimarka hakimiyyəti tərəfindən ciddi olmadığı üçün rədd edilib.

Tramp həmçinin Kanadanın ABŞ-a 51-ci ştat kimi qoşulması və Amerikanın Panama kanalı üzərində nəzarətini bərpa etməsinin tərəfdarı olub.

SİA-nın əlavəsi: Kvebek ölkənin şərqində, Ontario əyaləti ilə Atlantik əyalətləri arasında yerləşir və cənubda ABŞ ilə həmsərhəddir. Əyalətin əsas su yolu olan Müqəddəs Lourens çayı Böyük Göllərdən Atlantik Okeanına axır.

8,5 milyon nəfər əhalisi olan əyalətin inzibati mərkəzi Kvebek şəhəri, ən böyük şəhəri Monrealdır.

Əli Babayev

Əlaqəli Xəbərlər