Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə əlaqə saxlayacağını açıqlayıb. Bu barədə Donald Tramp “Fox News” telekanalına verdiyi müsahibədə bildirib. “O, ağıllı adamdır. Onunla əlaqə saxlayacağam”,-deyə ABŞ prezidenti qeyd edib.
SİA xatırladır ki, Donald Tramp 2019-cu ilin iyun ayında yarımadanı Şimali və Cənubi Koreyaya sbölən “demilitarizasiya zonasında” Kim Çen In ilə görüşüb.
Qeyd edək ki, Donald Tramp Şimali Koreya torpağına ayaq basan ilk ABŞ prezidenti olub.