Belarusda prezident seçkilərində vaxtından əvvəl səsvermədə seçicilərin 27,15 faizi iştirak edib


Üç gün ərzində Belarus Respublikası Prezidentinin seçkilərində vaxtından əvvəl səsvermədə seçicilərin 27,15 faizi iştirak edib. SİA xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının məlumatında qeyd edilir.

Ən çox aktivlik Brest vilayətində olub. Seçicilərin 30,66 faizi səsvermədə iştirak edib. Paytaxt Minskdə isə bu göstərici 25,21 faiz olub.

Belarusda prezident seçkilərinə erkən səsvermə 2025-ci il yanvarın 21-dən 25-dək keçirilir. Yanvarın 26-da seçki məntəqələrinə gələ bilməyəcək seçicilərin bu müddət ərzində səsvermə hüququ var.

Əsas seçki günü olan yanvarın 26-da səsvermə səhər saat 8:00-dan axşam saat 20:00-dək keçiriləcək.

Qeyd edək ki, seçkilərdə prezidentliyə 3 namizəd mübarizə aparır. Bunlar Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko, bitərəf Anna Kanopatskaya və Liberal Demokrat Partiyasından Oleq Qaydukeviçdir.

Əlaqəli Xəbərlər