Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində müasir tələblərə cavab verən kadr ehtiyatı yaradılması, davamlı olaraq təkmilləşdirilməsi və innovativliyi stimullaşdıran ekosistemin qurulması prioritet təşkil edir. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“24 yanvar – Beynəlxalq Təhsil Günü bu il süni intellekt və təhsil mövzusuna həsr edilib. Rəqəmsal transformasiyadan qaynaqlanan çağırışlar şəraitində yüksək peşə bacarıqlarına malik insan kapitalının formalaşması zəruridir”, – nazir qeyd edib.