Qəzzada atəşkəsdən sonra Şərqi Qüdsdəki Əqsa məscidində qılınan ilk cümə namazında 50 min müsəlman ibadət edib…
Qəzzada atəşkəsdən sonra Şərqi Qüdsdəki Əqsa məscidində qılınan ilk cümə namazında 50 min müsəlman ibadət edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Yanvarın 19-da Qəzza zolağında atəşkəsin qüvvəyə minməsindən sonra Şərqi Qüdsdəki fələstinlilər cümə namazını qılmaq üçün Əqsa məscidinə axışıb.
Səhər saatlarında İsrail nəzarət-buraxılış məntəqələrindən keçən fələstinlilər Əqsa məscidinə doğru istiqamət alıblar.
Lakin İsrail qüvvələri çoxlu sayda fələstinlinin Əqsaya daxil olmasına mane olub.
Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamaya görə, İsrailin maneələrinə baxmayaraq, atəşkəsdən sonra Əqsa məscidində ilk cümə namazında 50 min müsəlman ibadət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə