Ağır dron CH-YH1000 Çində sınaqdan keçirilib…


…Çinin Aerospace CH İHA şirkəti tərəfindən hazırlanmış CH-YH1000 pilotsuz nəqliyyat təyyarəsi növbəti sınaq mərhələsindən keçib.

SİA-nın məlumatına görə, Army Recognition yazır ki, təyyarə taksi fəaliyyətini başa vurub.

Tam yüklənmiş ağır pilotsuz təyyarə Hubey əyalətindəki Çjanxe hava limanında manevrlər yerinə yetiririb.

…2025-ci il yanvarın 19-da keçirilən bu sınaq logistik nəqliyyat, fövqəladə halların aradan qaldırılması və hərbi dəstək missiyaları üçün nəzərdə tutulmuş bu pilotsuz təyyarənin inkişafında irəliyə doğru mühüm addımdır.

Materialda belə deyilir.

Sınaqlar zamanı mütəxəssislər dronun əsas sistemlərinin, o cümlədən mühərrik, əyləc və idarəetmə sisteminin funksionallığını yoxlayıblar. Cihaz yaxşı sabitlik və sürəti rəvan tənzimləmək qabiliyyətini nümayiş etdirib.

Sınaqlardan sonra CH-YH1000-in yaradıcıları pilotsuz təyyarənin yaxın aylarda baş tutacaq ilk uçuşundan əvvəl dizaynda bir sıra dəyişikliklərin ediləcəyini açıqlayıblar. Təyyarə 1000 kiloqrama qədər yük daşımağa qadirdir, təyyarənin maksimal qalxma çəkisi isə 2300 kiloqramdır. Dron saatda təxminən 200 kilometr sürətə çatmaqla on saatdan çox havada qala bilir.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər