YAP Mərkəzi Aparatında müşavirə keçirilib


Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında seçkilərin keçiriləcəyi bütün seçki dairələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə müşavirə keçirilib. SİA xəbər verir ki, müşavirədə seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının zəruriliyi vurğulanaraq tövsiyə və tapşırıqlar diqqətə çatdırılıb, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış müvafiq yaddaş kitabçaları onlara təqdim edilərək bələdiyyə seçkilərinin azad, şəffaf, ədalətli və demokratik keçirilməsi üçün üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunub.

Əlaqəli Xəbərlər