Veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib


Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib. SİA xəbər verir ki, baxış prosesində MSK sədri Məzahir Pənahov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev iştirak edib.

Onlar proseslərin gedişi ilə yaxından tanış olub, seçkilərin şəffaflığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edən veb-kameraların quraşdırılmasında seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunmasının önəmi vurğulanıb və zəruri tövsiyələr mütəxəssislərin diqqətinə çatdırılıb.

Əlaqəli Xəbərlər