…Fransanın Renault şirkəti Çində Qabaqcıl Çin İnkişaf Mərkəzi adlı ilk tədqiqat və inkişaf mərkəzini açıb. O, Şanxayda yerləşir və Avropa bazarı üçün elektromobillərin inkişafına diqqət yetirir.
SİA-nın məlumatına görə, Qabaqcıl Çin İnkişaf Mərkəzinin üç əsas sahəsində 150 nəfəri çalışır: bazar trendinin təhlili, nəqliyyat vasitələrinin və sistemin dizaynı, təchizat zəncirinin inkişafı və istehsal xərclərinin azaldılması…
Flaqman layihələrindən biri 2026-cı ildə debüt etməsi planlaşdırılan kompakt elektrik avtomobili Twingo E-Tech olacaq.
Qeyd olunur ki, bu modelin əsas rəqabət üstünlüyü onun 20 000 avronu keçməyəcək qiyməti olacaq.
Renault şirkətinin baş direktoru Luka de Meo bildirir ki, Çinin elektromobil sənayesi texnologiya, innovasiya sürəti və qənaətcillik baxımından yüksək standartlar müəyyən edir.
Ən böyük akkumulyator istehsalçısı CATL kimi Çin şirkətləri ilə əməkdaşlıq Renault-a qabaqcıl inkişafları inteqrasiya etməyə və yeni modellərin satışını sürətləndirməyə imkan verir.
Nazlı Almuradova