Uels şahzadəsi Keyt Middlton kral ailəsindən olan oğlanların “İtonda oxumaq” ənənəsini pozmağa qərar verib. SİA xəbər verir ki, bu barədə “Tatler” məlumat yayıb. Belə ki, oğlu 11 yaşlı şahzadə Corc hazırda Berkşirdəki “Lambbrook” məktəbində təhsil alır, lakin, o, 13 yaşı tamam olanda məktəbi dəyişməli olacaq. Keyt bütün övladlarının eyni məktəbə getməsini arzuladığı üçün İtonu seçmək istəmir. Uilyam və Harri qardaşları, eləcə də kral ailəsinin digər üzvləri İtonu bitiriblər. Şahzadənin üç məktəb variantını – “Marlborough College”, “Highgate School” və “University College School”u nəzərdən keçirdiyi bildirilir.