Bölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir


“İrəvanın silahlandırılması ilk növbədə Azərbaycana qarşı təzyiq və təxribat planlarına xidmət edir”

Nikol Paşinyan hökümətinin 44 günlük müharibədən sonra Azərbaycanla sülh sazişi imzalamaq əvəzinə bölgədə maraqları olan dünya güclərinin əlaltısına çevrilməsi, yeni müharibə törətmək yolunu tutması, bu məsələdə Fransa, ABŞ, Avropa İttifaqı kimi iri siyasi güclərdən açıq dəstək alması gün kimi aydın həqiqətdir. Ağlı başında olan istənilən hər kəs görür ki, tarix boyu Cənubi Qafqazda stukaçılıq missiyası daşıyan marionet Ermənistan dövləti, bu dəfə də eyni missiya üçün həvəslənib. Rəsmi İrəvan bu dəfə yüz illiklər boyu ağası olan Rusiyadan üzünü çevirərək, Qərbin ayırdığı milyonlara göz dikib. Ötən həftə ABŞ-la müttəfiqlik sazişi imzalayan Ermənistan, artıq amerikalı sərhədçiləri ölkəsinə buraxıb. Artıq Avropa İttifaqının “sülh missiyası” ilə yanaşı ABŞ hərbçiləri də Ermənistan sərhədində boy verəcəklər.

Əslində həm Ermənistanın silahlandırılması, həm də son olaraq ABŞ-la tərəfdaşlıq sazişinin imzalanması Cənubi Qafqazda İrəvan üzərindən təhlükəli oyunların qurulduuna açıq işarədir. Diqqət edin: Daima beynəlxalq güclər Cənubi Qafqazda öz maraqlarını yeritməık üçün məhz Ermənistanı seçiblər. Nə Azərbaycan, nə də Gürcüstan beynəlxalq oyunların aləti olmayıb. Bu, tarixi fakt və reallıqdır. Ermənistan isə daima gah Rusiyanın, haq Qərb ölkələrinin, gah da güclü bölgə dövlətlərinin maşası rolunu oynayıb. Ermənistanın dövlət kimi son addımları, “daha güclünün kölgəsinə sığınmaq” siyasəti həm də ənənəvi erməni xislətinin güzgüsüdür. Bunlar kim güclüdürsə, onun nökəri olmağa can atırlar. Siyasi mövcudluqlarını bu manevrlərlə Rusiyanın zəiflədiyi bir vaxtda N.Paşinyan var gücü ilə Qərbin “əlinə işləyir”. Əlbəttdə yüz milyonlarla dollar, hakimiyyətdə qalmaq üçün güclü dəstək, silah-sursatla təmin olunmaq şərti ilə. Bölgədə maraqlı olan qüvvələr, konkret Fransa prezidenti Emmanuel Makron, habelə Avropa İttifaqı rəhbərləri, habelə uzaq Hindistan belə bu məsələdə erməni hakimiyyətinə əsl sponsorluq edirlər.

Açıq görünür ki, N.Paşinyan öz real maraqları və hakimiyyət perspektivləri üçün çalışır, nəinki Ermənistanın perspektiv planları üçün. Özünü ənənəvi erməni tülkülüyünə vuran N.Paşinyan guya elementar səviyyəli ağlı ilə başqalarına kələk gəlir. Bir yandan sülh sazişi barədə danışmaq, onun detallarını efirlərdə çək-çevir etmək, başqa yandan isə Ermənistanın eyni vaxtda Azərbaycana qarşı silahlandırılması prosesi. Açıq-aydın məlumdur ki, Qərbdəkilər Bakının son dərəcə müstəqil siyasi kursundan qəzəblidirlər və N.Paşinyana sülh monoloqları oxutdurub, əslində vaxt qazanmaq, İrəvanı daha güclü silahlarla silahlandırmaq,

“Erməni cəmiyyəti on illər boyu faşizm ideologiyası ilə zəhərləndirilib və Azərbaycanla dinc yanaşı yaşamaq düşüncəsindən çox-çox uzaqdır”

Bundan başqa, hazırkı erməni cəmiyyəti də on illər boyu faşizm ideologiyası ilə zəhərləndirilib və Azərbaycanla dinc yanaşı yaşamaq düşüncəsindən çox-çox uzaqdır. Bu xəstə təfəkkürlü erməni təfəkkürü, yol kənarında müştəri gözləyən fahişələr kimi, indi də açıq şəkildə özünü beynəlxalq bazarda satışa çıxarmaq, nəyin bahasına olursa olsun Azərbaycan əleyhinə yeni bir müharibəyə başlamaq həvəsi ilə alışıb yanır. Əgər düşüncəli, analiz qailiyyəti olan, 44 günlük müharibədən və 30 illik anlaqsız işğaldan sonra bütün bu baş verənlərdən nəticə çıxarmaq səviyyəsində olan cəmiyyət olsaydı, o zaman biz bu gün tam başqa mənzərə barədə danışacaqdıq.

Tarix göstərir ki, bu xəstə faşist təfəkkürü erməni milli şüurunda elə kəskin kök salıb ki, bundan sonra min illər boyu da heç nə dəyişəsi deyil. Məqsəd Azərbaycan əleyhinə ən xırda fürsəti dəyərləndirmək, azərbaycanlıların torpaqlarına göz dikmək və bunun üçün istənilən marionet forpost olmağa razı olmaq. Məhz Ermənistanın hazırkı yürütdüyü siyasət də dediklərimizin əyani sübutudur. Sülh faktı ətrafında manipulasiya edən hazırkı Ermənistan hakimiyyəti sanki ənənəvi xisləti üçün ən uyğun zamanı gözləyir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bir sıra zərərli müddəaların aradan qaldırılmaması da onu göstərir ki, N.Paşinyan da ənənəvi erməni saxtakarlığını davam etdirir.

Mətləb Salahov

Əlaqəli Xəbərlər