…“Daily Star” xəbər verir ki, İspaniyada “BMT diplomatı” olduğu üçün başqa yerə köçürülməsini tələb edən şəxs təyyarədən çıxarılıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ryanair-in Lanzarote-Santyaqo-de-Kompostelaya reysi olan təyyarədə 40 dəqiqə gecikmə ilə nəticələnən insident baş verib.
BMT diplomatı olduğunu iddia edən sərnişin ekipajın tələblərini yerinə yetirməkdən imtina edərək polisin köməyi ilə təyyarəni tərk etmək məcburiyyətində qalıb.
Kişi diplomatik statusunu əsas gətirərək, birinci cərgədə yer verilməsində israr edib. Lakin stüardessalar ondan təyyarəyə minmə talonunu göstərməsini istəyəndə o, sənədin dostunda olduğunu deyərək imtina edib.
Sərnişin təcili çıxışın yaxınlığında oturmağa cəhd edəndə vəziyyət gərginləşib ki, bu da aviaşirkətin qaydalarına ziddir. Bu zaman hava limanının əməkdaşı təyyarəyə minərək biletlərdən birinin düzgün skan edilmədiyini bildirib.
Ekipaj bunun sözügedən sərnişin olduğunu güman edib və kapitan onun uçmasına icazə verməmək qərarına gəlib. …Sərnişin itaətsiz davranmağa başlayandan sonra ekipaj polisi köməyə çağırıb. O, uçuşdan uzaqlaşdırılıb.
Ryanair sərnişinlərin qeyri-qanuni davranışlarına qarşı sıfır dözümlülük siyasətinə malikdir və qalan bütün müştərilərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün qətiyyətli tədbirlər görəcək
Bu isə məlumatda bildirilib.
Əli Babayev