ABŞ Meksika sərhədi ilə bağlı siyasətini gücləndirir. SİA “Türkiyə’’ qəzetinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Pentaqon Meksika sərhədində təhlükəsizliyin gücləndirilməsi üçün bölgəyə əlavə 1500 əsgər göndərəcəyini açıqlayıb.
Digər tərəfdən “The Washington Post’’ Gömrük Sərhəd Xidmətinin sənədlərinə istinadən məlumat verir ki, ABŞ prezidenti Donald Tramp qanunsuz mühacirlərinin axınının qarşısını almaq üçün Meksika sərhədinə 10 min hərbiçi göndərməyi planlaşdırır.