…ABŞ prezidenti Donald Tramp Kanada və Meksikadan idxal edilən mallara, o cümlədən avtomobillərə və onların komponentlərinə 25 faiz rüsum tətbiq etmək niyyətində olduğunu açıqlayıb.
SİA-nın məlumatına görə, fevralın 1-dən etibarən qüvvəyə minə biləcək yeni tariflər Amerika istehlakçıları üçün avtomobillərin qiymətini əhəmiyyətli dərəcədə artıracaq. Tramp andiçmə mərasimində çıxışı zamanı adi amerikalıların alıcılıq qabiliyyətini artırmaq üçün ticarət sistemində islahatlar aparmaq planlarını vurğulayıb.
O, həmçinin rüsum və tarifləri toplayan xüsusi qurumun yaradılmasını təklif edib.
Hazırda ABŞ-ın ticarət kəsirlərinin təhlili aparılır və onların aradan qaldırılması üçün tövsiyələr hazırlanır. İlkin məlumatlara görə, tariflərin tətbiqi ilə bağlı yekun qərar bir həftə ərzində verilə bilər.
Bununla belə, potensial tariflər təkcə ABŞ-da deyil, onun hüdudlarından kənarda da narahatlıq doğurur.
Kanada artıq Amerika mallarına 25,8 milyard dollarlıq cavab rüsumları tətbiq etməyə hazır olduğunu bəyan edib və eskalasiya halında bu məbləğ 76,7 milyard dollara qədər yüksələ bilər.
…İstənilən halda tariflər inflyasiyanı artıra və adi istehlakçıların maliyyə yükünü artıra bilər.
Şirkətlər isə öz növbəsində artan xərclər və azalan tələblə üzləşəcəklər.
Nazlı Almuradova