Panama hökuməti ABŞ prezidenti Donald Trampın Panama kanalını ələ keçirməklə hədələdiyi andiçmə mərasimindən sonra onun iddialarını rədd edib və BMT-yə dəstək üçün müraciət edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
…Biz cənab Trampın dediyi hər şeyi tamamilə rədd edirik.
Qeyd edək ki, bunu Panama prezidenti Xose Raul Mulino yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.
O, Panama kanalının Trampın iddia etdiyi kimi “ABŞ-ın hədiyyəsi” olmadığını vurğulayıb.
Mulino əlavə edib ki, kanal “Panamaya məxsusdur və bundan sonra da Panamaya məxsus olacaq”.
…AFP və Reuters xəbər verir ki, Panamanın BMT-dəki səfiri Eloy Alfaro de Alba təşkilatın baş katibi Antonio Quterreşə məktub göndərərək Trampın “narahatedici bəyanatlarına” diqqət çəkib.
Bununla da Panama hakimiyyəti BMT Nizamnaməsinin təşkilatın hər hansı üzvünə başqa bir dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı təhdid, güc tətbiq etməyi qadağan edən maddəsinə istinad edib.
Əli Babayev