“Qışqırmaq olmaz, oxumaq lazımdır”

[ad_1] Azərbaycan bəstəkar mahnılarının mahir ifaçısı Əli Mirəliyevin SİA-ya verdiyi müsahibəsini təqdim edirik: – Son vaxtlar Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində müəyyən boşluqlar hiss olunur. Yəqin ki siz də bunu təsdiqləyərsiniz. Boşluqların bir qismi bayağı mahnıların sürətlə artması və buna marağın önə çəkilməsi ilə bağlıdır. Sizcə, bu mahnıların artmasında müğənnilər günahkardır, yoxsa cəmiyyət? – Cəmiyyət, televiziyalar, kanallar, saytlar, özbaşınalıqlar. Bəzi kanallar pulludur, yəni ödənişli kanallardır. Burada müğənni ödəniş edir və çıxır oxuyur. Deyir ki, mən nə istəyirəm oxuyuram. Əvvəllər bizdə Bədii Şura var idi. Kimin ağzı nə idi ki, indiki adamlar…

Daha çox

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

[ad_1] Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. SİA xəbər verir ki, bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib. Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub. Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib. [ad_2]

Daha çox

Azərbaycan və Rusiya əməkdaşlığı müzakirə ediblər

[ad_1] Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevlə görüş keçirib. Bu barədə SİA diplomatik nümayəndəliyin mətbuat xidmətinə istinadən xəbər verir. Söhbət zamanı tərəflər iki ölkənin daxili işlər orqanları xətti ilə qarşılıqlı fəaliyyətinin aktual məsələlərini müzakirə edib. Eyni zamanda, Azərbaycan və Rusiya arasında beynəlxalq terrorizm və ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də sərhədyanı əməkdaşlıq sahələrində əməkdaşlığın gedişindən məmnunluqlarını ifadə ediblər. Görüşdə iki ölkənin miqrasiya sahəsində səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb. [ad_2]

Daha çox

Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunda yeni piyada keçidi

[ad_1] Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunda yeni piyada keçidi inşa edib. SİA bu barədə agentliyə istinadən xəbər verir. Yeni yerüstü piyada keçidi yolun 262,5-ci km-də tikilib. Metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3,2 metr, yol səviyyəsindən hündürlüyü isə 5,5 metr təşkil edir. Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri aparılıb, yolun hər iki tərəfində avtobus dayanacağı quraşdırılıb. Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək. [ad_2]

Daha çox

Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır

[ad_1] Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır. SİA xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişiklik edilir. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə olunan layihəyə əsasən, işçi qrupunun rəhbəri deputat Səbinə Salmanova təyin edilir. Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. [ad_2]

Daha çox

Azərbaycan Gürcüstan üçün təkcə dəyərli dost deyil, etibarlı tərəfdaş və qardaş ölkədir

[ad_1] “Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına, dövrün tələbinə uyğun olaraq yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə xüsusi önəm verməsi bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri də qonşu dövlətlərlə əlaqələrin yüksək səviyyədə qurulmasıdır. Bu baxımdan strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir. Bu günlərdə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri bir daha iki dost, qardaş ölkənin tarixi koklərə söykənən əlaqələrinin geniş təhlilinə imkanlar yaratdı. Bu səfərin özəlliyi, münasibətlərimizin inkişafında rolu daha çox diqqət çəkdi. Belə ki, bu,…

Daha çox

Azərbaycanda problemli kreditlər yenə artıb

[ad_1] 2024-cü il dekabr ayının 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsimdən əldə etdiyi məlumatda bildirilib. Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2024-cü il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artaraq, milli valyuta ekvivalentində 29066,8 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 24277,5 milyon manatı və ya 83,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları…

Daha çox

Şahin Bağırov Qusarda vətəndaşları qəbul edib

[ad_1] Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib. SİA komitəyə istinadən xəbər verir ki, DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qusar, Quba və Xaçmaz rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.…

Daha çox

“Ötən il Azərbaycan Beyin Mərkəzləri Platforması yaradılıb”

[ad_1] “İİTKM beynəlxalq əməkdaşlığı genişləndirərək Böyük İyirmiliyin və Böyük Yeddiliyin beyin mərkəzləri platformalarında – T20 və T7-də Azərbaycanı uğurla təmsil edir”. SİA xəbər verir ki, bu sözləri İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı deyib. Vüsal Qasımlı sözlərinə belə davam edib: “2024-cü ilin oktyabr ayında Mərkəzdə keçirilən Beynəlxalq Valyuta Fondunun “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” adlı təlimində 10-dan çox dövlət qurumundan 25 nümayəndə iştirak edib. Noyabr ayında isə Asiya İnkişaf Bankı, Asiya İnkişaf Bankı İnstitutu…

Daha çox

Cahit Bağcı Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib

[ad_1] Ölkəmizdə fəaliyyət müddətini başa vurmaqda olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı yanvarın 22-də Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib. SİA xəbər verir ki, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli əvvəlcə Türkiyənin Bolu vilayətinin Kartalkaya qəsəbəsində baş vermiş yanğınla bağlı qardaş ölkənin diplomatına başsağlığını ifadə edib. Əziz Ələkbərli iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsinə verdiyi töhfələrə və Qərbi Azərbaycan məsələsində göstərdiyi mənəvi dəstəyə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Cahit Bağcı Azərbaycanda səfir kimi fəaliyyətinin onda silinməz xatirələr buraxdığını qeyd edərək,…

Daha çox