Yanvarın 22-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, komitə sədri Hicran Hüseynova gündəliyə 3 məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcə gündəliyin birinci məsələsini – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 11 iclası keçirilib və həmin iclaslarda 20 məsələyə baxılıb. Sessiya dövründə 6 qanun layihəsi üç oxunuşda, 1 qanun layihəsi isə bir oxunuşda qəbul edilib. Payız sessiyası dövründə komitə…
Daha çoxDay: January 22, 2025
Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadları aradan qaldırılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadlarını aradan qaldırıb. SİA bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, ötən gün Göygöl rayonunda, yolun 2-ci km-lik hissəsində yamacdan torpaq qatının yolun hərəkət hissəsinə doğru sürüşməsi baş verib. Dərhal əraziyə Agentliyin Göygöl rayonu üzrə tabeli təşkilatının xüsusi texnikası və canlı qüvvəsi səfərbər olunub. Qısa müddətdə yolun hərəkət hissəsi torpaq qatından təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.
Daha çoxAzərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji sahəsində tərəfdaşlıq edəcəklər
Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa imza atıblar. SİA xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Qeyd edilib ki, saziş üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Sənədin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə…
Daha çoxAzərbaycanda lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarət təkmilləşdirilir
Azərbaycanda lisenziya və icazənin şərtlərinə riayət olunmasına nəzarətin təkmilləşdirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib. Hazırda lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanların lisenziya (icazə) sahiblərinin fəaliyyətinə nəzarəti, əsasən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərin görülməsindən ibarətdir. Təklif olunan dəyişikliyə əsasən bu cür inzibati tədbirlərlə yanaşı,…
Daha çoxAzərbaycanda ov mövsümü açıq elan edilib
Bu gündən Azərbaycanda ov mövsümü açıq elan edilib. SİA xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib. O qeyd edib ki, Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və bu gündən Azərbaycan ərazisində ov mövsümünün açıq elan edilməsi barədə qərar verilib. A.Babayeva bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən ( https://eco.gov.az/az/nazirlik/elan?newsID=26029) əldə edə bilərlər. Həmçinin tövsiyə edilib ki, ov zamanı qaydaların mövcud…
Daha çoxNisyə mal alıb-satan sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməklə bağlı məsuliyyətdən azad ediləcək. SİA xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsində və “Kredit büroları haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.
Daha çoxTəhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir
Azərbaycanda əhali və ətraf mühit üçün təhlükə yaradan təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab ediləcək. SİA xəbər verir ki, bu, “Texniki təhlükəsizlik haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Qanun layihəsinə əsasən, təhlükə potensiallı obyektlər vahid dövlət reyestrində qeydiyyata alınmalıdır.…
Daha çox“Aqroservis” nizamnamə kapitalının artırılması ilə bağlı auditor seçib
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASCnizamnamə kapitalında dəyişiklik edilməsi ilə bağlı audit rəyi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Himmara Audit” MMC-dir. Qalib şirkətə 7 531 manat ödəniləcək.
Daha çoxAerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır
Azərbaycanda “aerodrom istismarçısı” anlayışı fiziki və yaxud hüquqi şəxslərlə məhdudlaşmayacaq. SİA xəbər verir ki, bu, “Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Qanun layihəsinə əsasən, sözügedən anlayışa dövlət orqanı da əlavə edilir. Bununla da aerodrom istismar edən dövlət orqanlarının fəaliyyətinin hüquqi əsası yaradılıb. Bundan başqa, qanunun 4-cü və 5-ci fəslinin müddəaları aviasiya hadisəsi zamanı axtarış və xilasetmə, aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, bu hadisələrin başvermə səbəbləri, araşdırılmasın nəticələri barədə hesabatın…
Daha çox“Qışqırmaq olmaz, oxumaq lazımdır”
Azərbaycan bəstəkar mahnılarının mahir ifaçısı Əli Mirəliyevin SİA-ya verdiyi müsahibəsini təqdim edirik: – Son vaxtlar Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində müəyyən boşluqlar hiss olunur. Yəqin ki siz də bunu təsdiqləyərsiniz. Boşluqların bir qismi bayağı mahnıların sürətlə artması və buna marağın önə çəkilməsi ilə bağlıdır. Sizcə, bu mahnıların artmasında müğənnilər günahkardır, yoxsa cəmiyyət? – Cəmiyyət, televiziyalar, kanallar, saytlar, özbaşınalıqlar. Bəzi kanallar pulludur, yəni ödənişli kanallardır. Burada müğənni ödəniş edir və çıxır oxuyur. Deyir ki, mən nə istəyirəm oxuyuram. Əvvəllər bizdə Bədii Şura var idi. Kimin ağzı nə idi ki, indiki adamlar çıxıb…
Daha çox