“Azərbaycan Kredit Bürosu” elektron pul təşkilatları ilə əməkdaşlığa başlayıb

“Azərbaycan Kredit Bürosu” MMC (AKB) “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən Mərkəzi Bankdan lisenziya almış “GoldenPay” ASC ilə əməkdaşlığa başlayıb. SİA bu barədə Büroya istinadən xəbər verir. Məlumata görə, bu, AKB-nin elektron pul təşkilatları arasında ilk tərəfdaşıdır. Bununla da, Büronun tərəfdaşlarının sayı 251-ə çatıb. Digər tərəfdaşlar 46 bank (24-ü ləğv prosesindədir), 64 bank olmayan kredit təşkilatı (BOKT, 9-u ləğv prosesindədir), 38 kredit ittifaqı (4-ü ləğv prosesindədir), 22 sığorta şirkəti (6-si ləğv prosesindədir), 18 lizinq şirkəti, 5 faktorinq şirkəti, 1 kollektor agentliyi, 44 hissəli satış şirkəti (mağaza), 3 mobil…

Daha çox

140 ədəd müxtəlif markalı mobil telefon aşkar edilib

Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində “Mazımqara” gömrük postuna daxil olmuş yük nəqliyyat vasitəsinin üzərindəki minik avtomobilinə gömrük baxışı keçirilib. SİA Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı minik avtomobilinin ön və arxa qapılarının örtüklərinin arxasında gizlədilmiş 140 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Daha çox

“Azərbaycana qarşı ədalətsiz mövqe tutuldu”

“Trampın ABŞ-də hakimiyyətə gəlməsi dünya üçün bir gözləntilər formalaşdırdı. O cümlədən ABŞ və Azərbaycan münasibətlərində də müəyyən gözləntilər mövcuddur. Nəzərə alsaq ki, Bayden Administrasiyası dönəmində ABŞ-nin o vaxtkı rəhbərliyi tərəfindən Azərbaycana qarşı ədalətsiz mövqe tutuldu. Azərbaycanın Vətən müharibəsi və ondan sonrakı dövrlərə ABŞ-nin yüksək vəzifəli şəxsləri həmçinin bilavasitə Administrasiya tərəfindən müxtəlif formatlarda antiazərbaycan siyasəti aparıldı”. Bu sözləri siyasi şərhçi Polad Mehdiyev SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, bu hadisələrdən sonra Tramp hakimiyyəti dövründə əlaqələrimizin müsbət inkişaf etdirilməsi ilə bağlı gözləntilərimiz mövcuddur: “Ümumiyyətlə Azərbaycan və Amerika arasında enerji sahəsində əlaqələr mövcuddur.…

Daha çox

Azərbaycan və Lüksemburq XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Bakıda Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Lüksemburq nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Siyasi departamentinin rəhbəri Veronik Dokendorf rəhbərlik edib. Məsləhətləşmələr zamanı Azərbaycan və Lüksemburq arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı…

Daha çox

Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşüb

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşüb. DGK-dən SİA-ya bildirilib ki, komitə sədri görüşdən öncə Qusar şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Qusar, Quba və Xaçmaz rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Görüş zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb…

Daha çox

İƏT-in Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək. SİA xəbər verir ki, bununla bağlı məsələ “İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ndə əksini tapıb. Nizamnamənin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, mərkəz bərpa olunan enerji və enerji səmərəliliyi üzrə inkişafı təşviq edir və İƏT Üzv Dövlətlərinin milli təsisatlarının imkanlarını artırır. İƏT-in Təmiz Enerji Mərkəzi təşkilat regionunda aşağı karbonlu layihə fəaliyyətlərinin həyata keçirilməsinə kömək məqsədilə dayanıqlı enerji məsələləri üzrə dəstək verir və maliyyə və texniki…

Daha çox

Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə olunacaq

Milli Məclisdə Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə olunacaq. SİA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2025-ci il yaz sessiyası üçün İş planına daxil edilib. Plana əsasən, hesabatın parlamentin yaz sessiyası dövründə müzakirəsi nəzərdə tutulub.

Daha çox

İqtisadiyyat naziri bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda (DİF) iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi – Yeni Üfüq” sessiyasına qatılıb. Nazirlikdən SİA-ya bildirilib ki, sessiya çərçivəsində uğurlu enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin maliyyələşdirilməsi məsələləri istiqamətində müzakirələr aparılıb. Tədbirdə iqtisadiyyat naziri Azərbaycanın dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaş kimi fəal təşəbbüsləri, yaşıl enerji keçidi strategiyası haqqında məlumat verib. Ölkəmizdə həyata keçirilən günəş və külək enerjisinin istehsalı layihələri, eləcə də yaşıl enerjinin ixracı imkanları diqqətə çatdırılıb. Ölkəmizin ev sahibi…

Daha çox

“e-mühasibat” informasiya sistemi yaradılacaq

Azərbaycanda “e-mühasibat” informasiya sisteminin yaradılması nəzərdə tutulur. SİA xəbər verir ki, bu, “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib. Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir: – Qanunun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini; –…

Daha çox

ADY, eləcə də onun qurumları lisenziya və icazə tələbindən azad olunur

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və onun strukturuna daxil olan qurumlar öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün lisenziya və icazələrin alınması tələbindən azad ediləcək. SİA xəbər verir ki, bu, “Nəqliyyat haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə, öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. Belə ki, analoji qayda Ticarət Gəmiçiliyi Məcəlləsi,…

Daha çox