Milli Məclisin sədri Azərbaycanın İtaliyadakı səfirliyində olub

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində Romada Azərbaycan səfirliyində olub. SİA xəbər verir ki, Milli Məclisin sədri binada yaradılan şəraitlə və səfirliyin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanış olub. Məlumat verilib ki, səfirliyin iş otaqlarında diplomatik korpusun əməkdaşları üçün hər cür şərait yaradılıb. Görüş otaqlarında Azərbaycan-İtaliya münasibətlərinin ən vacib məqamları, Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri, İtaliyada Azərbaycanla bağlı dərc olunmuş kitablarla bağlı fotosərgilər yerləşdirilib. Mədəniyyət Mərkəzinin daxili tərtibatında isə Azərbaycanın dövlət rəmzlərindən, milli sənətkarlıq elementlərindən, o cümlədən şəbəkədən istifadə edilib. Mərkəzin…

Daha çox

Not emissiyası 7 dəfəyə yaxın azalıb

2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların məbləği 6,5 dəfə azalıb. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, ötən ilin dekabr ayında isə büdcə xərclərinin icrası pul bazasının 1,7 % artımına səbəb olub. Bu orta günlük 1D AZIR indeksinin yanvarın ötən dövründə dekabrla müqayisədə 1,29 faiz bəndi düşərək 6,39 % təşkil etməsini şərtləndirib. Təminatsız bazarda aktivlik davam edir. Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların məbləği dekabr ayında 627,3 milyon manat, bu ilin yanvar ayının ötən dövründə isə 290 milyon manat olub. “Pul siyasəti alətləri…

Daha çox

Dövlət Vergi Xidmətinə daxil olan şikayətlərin sayı 9 %-ə yaxın azalıb

2024-cü ildə Azərbaycanın vergi orqanlarına ümumilikdə 472 628 müraciət daxil olub. SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunun 96,1 %-ni ərizələr, qalan hissəsini şikayətlər və müxtəlif təkliflər təşkil edib. Müraciətlərin 97,8%-nin baxılması hesabat dövründə başa çatdırılıb, 2,2 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 53,9 %-i həll edilib, 44,2 %-i ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Şikayətlərin faktiki sayı 13 935 olub ki, bu da 2023-cü illə müqayisədə təxminən 8,5 % azdır. Həll edilmiş şikayətlər, əsasən, kameral vergi yoxlamaları,…

Daha çox

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53ABŞ dolları, yaxud 0,64 % azalaraq 82,42 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 79,37 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi…

Daha çox

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 3 dəfə azalıb

2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 7 % azdır. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb. Son nəticədə xarici ticarətdə 5 milyard 496 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Daha çox

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Babək prospekti, mərkəz istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 7. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 8. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;…

Daha çox

Zelenski Davosda sülh strategiyasını açıqladı

“Ukrayna öz sülh strategiyasının bir hissəsi kimi müharibəni bitirməyə kömək edəcək diplomatiyaya yaxınlaşmaq istəyir. Amma sual olunur ki, bu hansı diplomatiya olacaq?” SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib. Zelenskinin sözlərinə görə, əsas məsələ nəticədir. Prezident qeyd edib ki, diplomatiya güclü olarsa, danışıqlar nəticəsində Ukrayna Rusiya dövlətinin təkrar hücumunu qeyri-mümkün edəcək güclü təhlükəsizlik zəmanəti alacaq. Güclü diplomatiya həm də Ukrayna və Avropa üçün davamlı, ədalətli və güclü sülhə gətirib çıxaracaq. Zelenskinin sözlərinə görə, zəif təhlükəsizlik təminatları, qeyri-müəyyənlik və yalnız…

Daha çox