AMB daha bir şirkətə lisenziya verib

[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) “MMK-014” MMC-yə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Beləliklə, hazırda Azərbaycanda “Eliko”, “Delta Capital”, “Zuhur”, “Bakı Mərkəzi Valyuta”, “Meta-Kapital” və “Money Shop” MMC-lərlə birlikdə 7 hüquqi şəxs sözügedən lisenziyaya malikdir. Xatırladaq ki, “MMK-014” 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi 2, ev 2, fəaliyyət ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 45, qanuni təmsilçisi Tural Məhərrəm oğlu Mikayılov, nizamnamə kapitalı isə 660 min manatdır. Bu məbləğ şirkətə paytaxtda…

Daha çox

18 yaşı tamam olan 153 seçiciyə xüsusi kartlar veriləcək

[ad_1] Azərbaycanda yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri günü 18 yaşı tamam olan ilk dəfə səs verəcək 153 seçiciyə xüsusi kartlar paylanacaq. SİA-nın məlumatına görə bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, budəfəki seçkilərdə ilk dəfə səs verəcək şəxslərin sayı 29 min 172 nəfərdir. [ad_2]

Daha çox

Qazaxıstan Şımkentdən Bakıya birbaşa reys açacaq

[ad_1] Qazaxıstan Şımkent hava limanının yeni terminalından Avropa və Asiyaya, o cümlədən Azərbaycana yeni reyslərin açılmasını planlaşdırır. Bu barədə SİA “Kazinform”a istinadən xəbər verir. Məlumata görə, yeni terminal bazasında 14 daxili və 16 beynəlxalq marşrutun açılması planlaşdırılır. Bu, sərnişinlərə Avropa İttifaqı ölkələrinə, Çin, Cənubi Koreya, Cənub-Şərqi Asiya ölkələri, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus və digər populyar beynəlxalq istiqamətlərə səyahət etmək imkanı verəcək. “Hazırda yeni terminalda Qazaxıstan üzrə müntəzəm reyslərə xidmət göstərilir. Yaxın gələcəkdə reyslərin bir hissəsi həm Qazaxıstan, həm də xarici aviadaşıyıcıları qəbul edəcək yeni terminala köçürüləcək”, – məlumatda qeyd…

Daha çox

Beynəlxalq Türk Akademiyası ilə TÜBA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

[ad_1] Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayevlə Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər arasında görüş keçirilib. BTA-dan SİA-ya bildirilib ki, görüşdə Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin (TDUBAB) Prezidentlər Şurasının əvvəlki iclasında qəbul edilmiş qərarların icra vəziyyəti müzakirə olunub. TDUBAB-nin 7-ci iclasında imzalanmış protokolda yer alan “Əməkdaşlıq təklifləri” və “Türkdilli dövlətlər arasında elmi tədqiqatlar üzrə əməkdaşlıq strategiya proqramı”na xüsusi diqqət yetirilib. Bundan əlavə, Beynəlxalq Türk Akademiyası və TÜBA-nın birgə səyləri ilə ənənəvi olaraq keçirilən yay məktəbləri də müzakirə edilib. Görüşün sonunda iki akademiya arasında davamlı səmərəli…

Daha çox

“Azəriqaz”ın rəhbərliyi növbəti dəfə vətəndaş qəbulu keçirəcək

[ad_1] Yanvarın 24-də, saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi Salyan rayonunda növbəti dəfə vətəndaş qəbulu keçirəcək. SİA bu barədə “Azəriqaz”a istinadən xəbər verir. Məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutacaq görüşdə Salyan və Neftçala rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050-845-94-81; 055-510-59-95) müraciət edə bilərlər. [ad_2]

Daha çox

Bülletenlərin dairə seçki komissiyalarına paylanmasına başlanılıb

[ad_1] Azərbaycanda yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb. SİA-nın məlumatına görə, proses yanvarın 23-də yekunlaşacaq. Daha sonra bülletenlər məntəqə seçki komissiyalarına paylanılacaq. Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar 6 milyon 52 min 721 seçki bülleteni çap olunub. [ad_2]

Daha çox

İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi təsdiq ediləcək

[ad_1] İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi təsdiq ediləcək. SİA xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb. [ad_2]

Daha çox

ABŞ-da baş verən yanğında ölənlərin sayı 28-ə çatıb

[ad_1] ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərindəki Palisades və Eaton meşə yanğınlarında ölənlərin sayının 28-ə yüksəldiyi, cəmi 37 min 469 dekar sahənin yandığı açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yanvarın 7-də başlayan meşə yanğınları ilə mübarizə davam edərkən, fəlakətin qurbanları yenidən ağırlaşıb. Los Anceles Ədli Tibb İnstitutundan verilən açıqlamaya görə, Palisades yanğınında 11, İton yanğınında 17 nəfərin ölümü ilə ölənlərin sayı 28-ə yüksəlib. Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə İdarəsindən verilən açıqlamada, 23 min 448 dekar sahəyə yayılan və 6 min 500-dən çox…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

[ad_1] Yanvarın 21-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.24% – 44,025.81 bəndədək, S&P 500 indeksi 0.88% – 6,049.24 bəndədək, Nasdaq indeksi isə 0.64% – 19,756.78 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 21-də FTSE 100 indeksi 0.33% – 8,548.29 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.48% – 7,770.95 bəndədək, Almaniyanın DAX indeksi 0.25% – 21,042 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.16% azalaraq 1.0411 dollar təşkil edib. Your browser does not support the video tag. Sizin reklam yeriniz [ad_2]

Daha çox

AMB uçot dərəcəsini sabit saxlayıb

[ad_1] Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb. “Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü nəzərə alınmaqla qəbul olunub”, – deyə AMB bəyan edib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə martın 12-də açıqlanacaq. [ad_2]

Daha çox