Ayan Babakişiyeva ilk dəfə açıq-saçıq geyim tərzi ilə izləyicilərin diqqətini çəkib. SİA xəbər verir ki, müğənni yeni fotosessiyasını sosial media hesabında izləyiciləri ilə paylaşıb. Onun bu paylaşımı izləyicilər arasında fikir ayrılığı yaradıb. Bəziləri Ayanın yeni imicini dəstəkləyərək bəyənsə də, digərləri onu tənqid edərək bu seçiminə qarşı çıxıblar. Qeyd edək ki, müğənni yaxın günlərdə böyük maraq doğuracağı gözlənilən yeni klipini də təqdim etməyə hazırlaşır.
Daha çoxDay: January 22, 2025
Son 4 ildə 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib
Son 4 il ərzində (2021-2024-cü illər) 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. 2020-ci ilin noyabr ayından ilin sonunadək təmizlənən 605,8 hektar ərazini də nəzərə alsaq, 2024-cü ilin sonuna kimi 179 min 791,8 hektar ərazinin mina və partlamamış sursatlardan tamamilə təmizləndiyini deyə bilərik. Ötən ildə isə işğaldan azad olunan ərazilərdə 62 min 23,9 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 16,8 faiz çoxdur. SİA xəbər verir ki, bu barədə məlumat Media Təhlil Mərkəzinin (MTM) hazırladığı təhlildə yer alıb. Aparılan təhlil…
Daha çoxAMB builki iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb
Azərbaycan Mərkəzi Bankı bu il ölkə iqtisadiyyatının 3,3 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 5,2 % böyüyəcəyini proqnozlaşdırır. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib. Xatırladaq ki, İqtisadiyyat Nazirliyi bu il ölkədə 3,5%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,9 % iqtisadi artım gözləyir. “Bizim proqnozlarımıza görə, 2025-ci ildə neftin 1 barelinin orta qiyməti 77,3 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 349 ABŞ dolları olacaq. Ötən il Azərbaycanın xarici ticarət balansında…
Daha çoxİran müharibəyə başlayır? – Kirmanşaha ordu toplayır (SƏS TV – CANLI)
İran müharibəyə başlayır? – Kirmanşaha ordu toplayır (SƏS TV – CANLI)
Daha çox“Netflix” 19 milyon yeni abunəçi qazandı
Qlobal internet televiziya şəbəkəsi “Netflix”in abunəçilərinin sayı 2024-cü ilin dördüncü rübündə 18,9 milyon nəfər artıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Netflix” 2024-cü ilin son rübü üçün balans hesabatını açıqlayıb. Buna görə şirkətin keçən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrünə görə yüzdə 16 artaraq 10,2 milyard dollara çatıb. Şirkətin gəliri 2023-cü ilin eyni dövründə 8,8 milyard dollar olaraq qeydə alınıb. Şirkətin xalis mənfəəti ötən ilin son rübündə 1,9 milyard dollar olaraq qeyd edilib. “Netflix”in 2023-cü ilin dördüncü rübündə xalis mənfəəti 938 milyon dollar olaraq hesablanıb. Şirkətin bir…
Daha çox65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verib. SİA bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, ötən il 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya ümumilikdə 109 müraciət daxil olub. Müraciətlərə “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası baxıb və seçim edib. Şəhadətnamə almış sahibkarların 52-si hüquqi, 13-ü fiziki şəxs olmaqla, 62-si mikro və 3-ü kiçik sahibkardır. Onların layihələri kənd təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət sahələrində innovativ həlləri özündə…
Daha çoxİmişlidə qəzada xəsarət alan uşaq xəstəxanada ölüb
Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan azyaşlı xəstəxanada ölüb. Bu barədə SİA-ya TƏBİB-dən bildirilib. Məlumata görə, Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının (qadın cinsli) həkimlərin çoxsaylı səyinə baxmayaraq, 22.01.2025-ci il tarixində saat 01:45 radələrində ölüm faktı qeydə alınıb. Bildirilib ki, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdir. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb…
Daha çoxEnergetika Nazirliyi ötən il 194 icazə verib
2024-cü ildə Energetika Nazirliyi ümumilikdə 194 icazə verib. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, “İxrac nəzarəti haqqında” qanuna əsasən, ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı üzrə 13, idxalı üzrə 142 və tranziti üzrə 32 icazə verilib. İl ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə 2, ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə ilə bağlı 1, elektrik enerjisinin istehsalına 3, ixracına isə 1 icazə verilib. Hesabat dövründə bütün icazələrin verilməsi 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
Daha çoxStrateji tərəfdaşlığın regional və qlobal əhəmiyyəti
Azərbaycan ilə Gürcüstan arasında tarixən formalaşmış dostluq əlaqələri bu gün müasir reallıqlar fonunda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki ölkə xalqlarının qardaşlıq ənənələri və dövlət başçılarının uzaqgörən siyasəti bu əməkdaşlığın inkişafına zəmin yaratmışdır. Qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan bu münasibətlər regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Enerji və nəqliyyat sahəsində birgə həyata keçirilən layihələr iki ölkənin regional əməkdaşlıqda lider rolunu möhkəmləndirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur layihələri yalnız iqtisadi qazanc gətirmir, həm də Avropa və Asiya arasında qlobal enerji təhlükəsizliyinin təmin…
Daha çoxAMB daha bir şirkətə lisenziya verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “MMK-014” MMC-yə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Beləliklə, hazırda Azərbaycanda “Eliko”, “Delta Capital”, “Zuhur”, “Bakı Mərkəzi Valyuta”, “Meta-Kapital” və “Money Shop” MMC-lərlə birlikdə 7 hüquqi şəxs sözügedən lisenziyaya malikdir. Xatırladaq ki, “MMK-014” 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi 2, ev 2, fəaliyyət ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 45, qanuni təmsilçisi Tural Məhərrəm oğlu Mikayılov, nizamnamə kapitalı isə 660 min manatdır. Bu məbləğ şirkətə paytaxtda bir…
Daha çox