Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə regional vəziyyəti müzakirə edib

[ad_1] Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb. SİA xəbər verir ki, məlumatı SNN agentliyi yayıb. Bilidirilib ki, görüşdə tərəflər ikitərəfli əlaqələrin inkişafını və Cənubi Qafqazda baş verən son hadisələri müzakirə ediblər. Qeyd edək ki, Ş.Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Tehranda səfərdədir. [ad_2]

Daha çox

Mərkəzi Bank neft və qazın 2025-ci il üzrə orta qiymətini açıqlayıb

[ad_1] Mərkəzi Bank bu il proqnozlaşdırılan neftin orta qiyməti 77,3 dollar, təbii qazın orta qiyməti isə 349 dollardır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib. AMB sədrinin sözlərinə görə, ötən il təminatsız banklararası bazarın həcmi 101 milyard manatı ötüb. [ad_2]

Daha çox

Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollar təşkil edib

[ad_1] 2024-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollar təşkil edib. SİA xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib. O bildirib ki, cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit (5,5 milyard dollar) 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir. “Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 5,5 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Bu şəraitdə 2024-cü…

Daha çox

Bu il Azərbaycan iqtisadiyyatında 3,3 faiz artım proqnozlaşdırılır

[ad_1] Bizim 2025-ci il ilə bağlı proqnozlarımız nikbindir. Bu il Azərbaycan iqtisadiyyatının artımı proqnozu 3,3 faiz olacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib. O bildirib ki, qeyri-neft sektoru üzrə iqtisadi artım proqnozu bu il üzrə 5,2 faiz müəyyən edilib. [ad_2]

Daha çox

Həqiqətdən uzaqlaşdıran manipulyasiyalar

[ad_1] “Manipulyasiya” son dövrdə ölkənin informasiya məkanında ən çox rastlanan ifadədir desək, heç də yanılmarıq. Sosial şəbəkələrdə edilən paylaşımlarda, yazılan məqalələrdə və hətta televiziya verilişlərində belə bu söz ən sevimli ifadəyə çevrilib. Bir sözlə, hamı bu haqda danışır. Bəs həqiqətdə “manipulyasiya” haqqında nələri bilirik və biz özümüzü manipulyasiyalardan qorumağı bacarırıqmı? Müasir dövrdə bu istiqamətdə maarifləndirici işlərin aparılmasına hava-su qədər ehtiyac duyulur. Biz hətta fərdi münasibətlərdə belə manipulyasiyalardan sığortalanmamışıq. Peşəkar və dəqiq informasiya ilə “informasiya tullantıları” arasındakı sərhədi müəyyən etmək getdikcə daha çətin olur. Siyasi manipulyatorlar isə bütün bunlardan çox gözəl…

Daha çox

Milli Hidrometeorologiya Xidməti XƏBƏRDARLIQ YAYDI

[ad_1] Bakıda və Abşeron yarımadasında yanvarın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Azərbaycanın bəzi rayonlarında yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şərq rayonlarında isə yağıntının qısamüddətli intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. [ad_2]

Daha çox

TÜRKPA-nın iclasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

[ad_1] TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasının iştirakçıları yanvarın 22-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, iclas iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə tər güllər düzüblər. Sonra iclas iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Daha sonra…

Daha çox

Helikopterlə quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılacaq

[ad_1] Helikopter vasitəsilə meşə massivləri, dağətəyi və düzənlik ərazilərdə aldadıcı yemlərlə vəhşi ətyeyən heyvanlar arasında növbəti peyvəndlənmə tədbiri həyata keçiriləcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Tədbir zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvafiq təlimata uyğun olaraq, tərkibində quduzluq əleyhinə vaksin olan aldadıcı yemlərin paylanması nəzərdə tutulur. Tədbirdə AQTA, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Zoologiya İnstitutunun mütəxəssisləri iştirak edəcəklər. Qeyd olunub ki, bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər…

Daha çox