İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı qurumun 2024-cü ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, o bildirib ki, ötən il Mərkəz əsas fəaliyyət istiqaməti olan monitorinq və qiymətləndirmə işini davam etdirib, “Layihə idarəetməsi” modulunu formalaşdıraraq tətbiqinə başlayıb. Qurum strateji planlaşdırma, təhlil və tədqiqat üzrə fəaliyyətini dərinləşdirməklə yanaşı, T7 və T20 kimi qlobal beyin mərkəzləri şəbəkələri ilə yaxından əməkdaşlıq edərək beynəlxalq müstəvidə Azərbaycanı təmsil edib. İİTKM-in nəzdində fəaliyyət göstərən “Azexport” və “Enterprise Azerbaijan” portalları, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə”…
Daha çoxDay: January 22, 2025
Prezident İlham Əliyev Davosda Ukrayna Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. SİA xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olundu.
Daha çoxŞoltz Fransaya gedir
Şoltz Fransaya gedir
Daha çoxTerrorçuluqda şübhəli bilinən 240 nəfər saxlanılıb
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 240 nəfərin saxlanıldığı barədə məlumat verib. SİA xəbər verir ki, DİN rəhbərinin sosial şəbəkələrdə paylaşılan məlumatında qeyd olunur ki, əməliyyatlar ölkənin 43 əyalətində aparılıb. Saxlanılanlar terror təşkilatlarının maliyyələşdirilməsində və təbliğində, həmçinin bir sıra cinayət əməllərində iştirak etməkdə şübhəli bilinirlər. Axtarış zamanı qeydiyyatsız silah və qadağan olunmuş ədəbiyyat aşkar edilib. “Türkiyə gündəmindən terrrorçuluq problemini tam aradan qaldırmaq üçün lazım olan bütün tədbirləri görürük” – deyə Yerliyaya bildirib.
Daha çoxİİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı qurumun 2024-cü ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirir. SİA-nın məlumatına görə, o bildirib ki, ötən il Mərkəz əsas fəaliyyət istiqaməti olan monitorinq və qiymətləndirmə işini davam etdirib, “Layihə idarəetməsi” modulunu formalaşdıraraq tətbiqinə başlayıb. Qurum strateji planlaşdırma, təhlil və tədqiqat üzrə fəaliyyətini dərinləşdirməklə yanaşı, T7 və T20 kimi qlobal beyin mərkəzləri şəbəkələri ilə yaxından əməkdaşlıq edərək beynəlxalq müstəvidə Azərbaycanı təmsil edib. İİTKM-in nəzdində fəaliyyət göstərən “Azexport” və “Enterprise Azerbaijan” portalları, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə”…
Daha çoxQambiya Prezidenti İlham Əliyevə başsağlığı verdi
Qambiya Prezidenti Adama Barrou Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Keçən il dekabrın 25-də Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həyatını itirməsi ilə əlaqədar Qambiya Hökuməti və xalqı adından, şəxsən öz adımdan Azərbaycan Hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə və bu faciə nəticəsində zərər çəkmiş insanlarladır. Bu çətin anlarda Qambiya Hökumətinin mənəvi dəstəyi sizinlədir. Həyatını itirənlərin ruhları şad olsun. Sizə bu ağrı-acılı günlərdə səbir diləyirəm”.
Daha çoxMuxtar Babayev Adel əl-Cubeyrlə COP29-un nəticələrini müzakirə edib
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Davosda Dünya İqtisadi Forumunun kuluarlarında Səudiyyə Ərəbistanının xarici işlər naziri və iqlim məsələləri üzrə səfiri Adel ibn Əhməd əl-Cubeyrlə görüşüb. Bu barədə SİA COP29 sədrliyinin sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat verib. Söhbət zamanı tərəflər Bakıda keçirilmiş COP29-un nəticələrini və hər iki ölkənin bərpa olunan enerjiyə investisiyaların artırılması planlarını müzakirə ediblər. Qeyd edək ki, M.Babayev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Forum bu il yanvarın 20-dən 24-dək davam edəcək.
Daha çoxİndoneziyada ölənlərin sayı 20-ə çatıb
İndoneziyada Mərkəzi Yava adasının Pekalonqan şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20-ə çatıb. Ümumilikdə 1715 ailəyə ziyan dəyib. SİA xəbər verir ki, bununla bağlı İndoneziyanın xəbər agentliyi olan ANTARA məlumat yayıb. Bildirilib ki, torpaq sürüşməsi səbəbindən bir çox kənd və qəsəbə yolları bağlanıb, elektrik enerjisinin verilişi dayandırılıb. Bazar ertəsindən bəri yağan güclü yağışlar bir sıra regionlarda daşqınlara səbəb olub. Bleqa rayonunda bir sıra ibadət yerləri, təhsil ocaqları sel suları altında qalıb.
Daha çox“İİTKM 10 proqramın monitorinq və qiymətləndirməsini aparır”
“İİTKM ölkə üçün böyük əhəmiyyət kəsb edən sənədlərin – “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” daxil olmaqla 10 proqramın monitorinq və qiymətləndirməsini aparır”. SİA xəbər verir ki, bu sözləri İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı deyib. Vüsal Qasımlı sözlərinə belə davam edib: “2024-cü ilin oktyabr ayında isə Prezident İlham…
Daha çoxSabaha olan hava proqnozu AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək.…
Daha çox