Çindən Rusiyaya avtomobil tədarükü daha bir rekorda imza atıb


…Ötən ildə Çindən Rusiyaya avtomobil tədarükləri 2023-cü illə müqayisədə 30,5 faiz artaraq dəyər ifadəsində 15,2 milyard ABŞ dolları təşkil edib.

SİA xəbər verir ki, “İnterfaks” bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən xəbər verir.

Çinin yük maşını ixracı 2023-cü illə müqayisədə 12,7 faiz azalaraq 2,7 milyard dollar təşkil edib.

Rusiya Federasiyasına ümumilikdə 29,55 faiz artaraq 2,65 milyard ABŞ dolları dəyərində Çindən avtomobil hissələri və ehtiyat hissələri idxal edilib.

Xəbər agentliyi qeyd edir ki, ötən il Çindən Rusiyaya avtomobil ixracı avqust və sentyabr aylarında ən yüksək həddə çatıb ki, bu da xüsusilə, oktyabrın 1-dən təkrar emal haqqının 70-85 faiz artması ilə əlaqədar olub.

Xatırladaq ki, 2025-ci il yanvarın 1-də təkrar emal haqqı yenidən indeksləşdirilib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər