2024-cü Azərbaycanla ticarət tərəfdaşı olan ölkələrdəki bahalaşma ölkə daxilində qiymət artımına 4,41 faiz bəndi artırıcı təsir göstərib. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
“Daxili amillərə gəlincə isə inflyasiyaya dövlət və ev təsərrüfatlarının istehlakı 1,5 faiz bəndi, qiymətlərin tənzimlənməsi 0,6 faiz bəndi, kən təsərrüfatı istehlakı 3,4 faiz bəndi artırıcı, manatın nominal effektiv məzənnə 2,21 faiz bəndi, digər amillər isə 3,6 faiz bəndi azaldıcı təsir göstərib” – deyə o qeyd edib.
Bundan başqa, baş bankir əlavə edib ki, bu il dövlət büdcə xərclərinin artırılmasının inflyasiyaya 0,3 faiz bəndi, kredit portfelinin böyüməsinin isə 0,64 faiz bəndi artırıcı təsir edəcəyi gözlənilir.