“Azərbaycana qarşı ədalətsiz mövqe tutuldu”


“Trampın ABŞ-də hakimiyyətə gəlməsi dünya üçün bir gözləntilər formalaşdırdı. O cümlədən ABŞ və Azərbaycan münasibətlərində də müəyyən gözləntilər mövcuddur. Nəzərə alsaq ki, Bayden Administrasiyası dönəmində ABŞ-nin o vaxtkı rəhbərliyi tərəfindən Azərbaycana qarşı ədalətsiz mövqe tutuldu. Azərbaycanın Vətən müharibəsi və ondan sonrakı dövrlərə ABŞ-nin yüksək vəzifəli şəxsləri həmçinin bilavasitə Administrasiya tərəfindən müxtəlif formatlarda antiazərbaycan siyasəti aparıldı”. Bu sözləri siyasi şərhçi Polad Mehdiyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu hadisələrdən sonra Tramp hakimiyyəti dövründə əlaqələrimizin müsbət inkişaf etdirilməsi ilə bağlı gözləntilərimiz mövcuddur: “Ümumiyyətlə Azərbaycan və Amerika arasında enerji sahəsində əlaqələr mövcuddur. Beynəlxalq terrorizmlə mübarizədə, o cümlədən təhlükəsizlik sahəsində iki dövlətin birgə əməkdaşlığı mövcuddur. Azərbaycan-Amerika əlaqələri tarixən müsbət dinamikada olub və müsbət tendensiyalar üzərindən bu əməkdaşlıq davam edir. Bu baxımdan keçmiş Administrasiyadan sonra hal-hazırki Administrasiya ilə münasibətlərimizi kifayət qədər inkişaf etdirə bilərik.

Cənab Prezidentin 7 yanvarda yerli televiziya kanallarına verdiyi müsahibədə fikirlərinə əsasən Azərbaycan-Amerika münasibətlərinin strateji əlaqələr müstəvisinə gətirə bilər. Hər iki dövlət tərəfindən istənilsə əməkdaşlıq qurula bilər. Burada əsas meyar ABŞ-nin əvvəlki Administrasiyasının Azərbaycana qarşı etdiyi səhvləri təkrarlamamaqdır. Əvvəlki Administrasiyanın etdiyi səhv isə Cənubi Qafqazda erməni siyasət aparması idi”.

Əlaqəli Xəbərlər