…ABŞ ordusunun hava-desant bölməsi 3D printerlərdə kiçik pilotsuz uçuş aparatlarının çapına başlayıb.
SİA xəbər verir ki, bu barədə Army Recognition məlumat yayıb.
…101-ci Hava Desant Diviziyası 3D çapdan istifadə edərək kiçik İHA sistemlərinin istehsalına başlayıb. Fort Kempbelldəki EagleWerx Tətbiqi Taktik İnnovasiya Mərkəzinin rəhbərlik etdiyi bu innovativ təşəbbüs pilotsuz təyyarələrin istehsalında inqilab etmək üçün nəzərdə tutulub.
Bunu nəşr yazır.
101-ci Diviziyanın sözçüsü polkovnik Travis Makintoş bildirib ki, bu təşəbbüs təkcə hissələrin istehsalına deyil, həm də kiçik dronlardan istifadə taktikasına təsir edəcək.
Nəşr qeyd edib ki, 3D çap PUA-ların istehsalı və yerləşdirilməsi üçün vaxt və xərcləri azaldacaq.
Əli Babayev