“İl ərzində 11 dövlət proqramının idarə edilməsi çərçivəsində 60-a yaxın qurumla 150 iclas keçirilib, monitorinq nəticələri ilə bağlı 28 hesabat hazırlanıb”. SİA xəbər verir ki, bu sözləri İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı deyib.
Vüsal Qasımlı sözlərinə belə davam edib: “Mərkəz tərəfindən dövlət proqramlarının icrasını sistemli şəkildə izləmək və qiymətləndirmək üçün “Layihə idarəetməsi” modulu hazırlanıb”.
Ayşən Vəli