Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin yanvarın 17-də Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı yanvarın 27-nə dəyişdirilib. SİA nazirliyə istinadən xəbər verir ki, nazir vətəndaşları Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 09:00-da qəbul edəcək.
Qəbula yanvarın 24-nə qədər nazirliyin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.