Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Almaniya Kansleri təyyarə qəzası ilə əlaqədar araşdırmaların gedişi ilə maraqlandı. Görüşdə Azərbaycan Prezidenti ilə Olaf Şoltsun əvvəlki görüşləri və aparılmış müzakirələr məmnunluqla xatırlandı. Söhbət zamanı ikitərəfli münasibətlərə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu. Kansler Almaniyanın Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində səyləri dəstəklədiyini bildirdi.
Daha çoxDay: January 21, 2025
Türkiyənin ABŞ-a ixracı artıb
Türkiyənin keçən il ixracatını ən çox artırdığı ölkə 1 milyard 256 milyon dollarla ABŞ olarkən, bu ölkəyə ixrac 13 milyard dolları keçib. SİA-nın məlumatına görə, Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, Türkiyənin keçən il ixracatını ən çox artırdığı ölkə ABŞ olub. Türkiyənin bu ölkəyə ixracatı keçən il ilə müqayisədə 1 milyard 256 milyon dollar artıb. İxrac artımına görə ABŞ-ı 1 milyard 254 milyon dollarla Böyük Britaniya, 997,9 milyon dollarla Rumıniya, 958,8 milyon dollarla İraq və 879,2 milyon dollarla İtaliya izləyib. Ötən il ABŞ-a 13,4 milyard dollar, Böyük Britaniyaya 12,7 milyard dollar,…
Daha çoxAntonio Quterreş Qəzzadakı atəşkəs prosesi barədə bəyanat verib
BMT-nin Baş katibi Antonio Quterreş üzv ölkələri Qəzzada atəşkəsin daimi olmasını, günahkarların məsuliyyətə cəlb olunmasını, bərpa və yenidənqurma üçün şəraitin yaradılmasını təmin etməyə çağırıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Quterreş BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) İsrail-Fələstin problemi ilə bağlı yüksək səviyyəli sessiyasında çıxış edib. Orta Şərqin ətraflı transformasiya prosesindən keçdiyini bildirən Quterreş deyib: “Region qeyri-müəyyənliklərlə doludur, eyni zamanda imkanlara malikdir. Orta Şərq yenidən formalaşdırılır, lakin bu prosesin nəticəsinin nə olacağı hələ bəlli deyil. Orta Şərqin bu təlatümlü dövrdən sülh, ləyaqət və ümidlə dolu bir üfüqlə çıxmasını təmin etmək…
Daha çoxTramp Zelenskinin razılaşmaya hazır olduğunu bildirib
…Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə Ukrayna arasında münaqişə ilə bağlı razılığın əldə olunmasında maraqlıdır. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində jurnalistlərə açıqlama verib. Mənə müqavilə bağlamaq istədiyini deyir. Tramp bildirib ki, Zelenski razılıq əldə etmək istəyir. Amerika liderinin sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putinin danışıqlarda iştirak etmək istəyib-istəmədiyini bilmir, lakin o vurğulayıb ki, bu, Rusiya üçün əhəmiyyətli qərar olmalıdır. Tramp həmçinin Putinlə görüşmək niyyətində olduğunu və hazırda Moskva ilə aktiv danışıqların getdiyini bildirib. Lakin o, Rusiya prezidenti…
Daha çoxBoluda baş verən yanğında 66 nəfər həyatını itirib
Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya yanğınla bağlı verdiyi açıqlamada bildirib… Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya yanğınla bağlı verdiyi açıqlamada 66 nəfərin həyatını itirdiyini və 51 nəfərin yaralandığını bildirib. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Daxili işlər naziri belə deyib: “Təəssüf ki, 66 canımızı itirdik, 51 nəfər yaralımız var və çox kədərliyik. Yanğın söndürüldü, soyutma işləri davam edir. İşlərin başa çatdığı yerlərdə AFAD və yanğınsöndürmə qruplarının otaq-otaq apardığı yoxlamalar nəticəsində indiyə qədər 66 nəfərin həyatını itirdiyini müəyyən edilib.”
Daha çoxBritaniya Putinlə Trampın Ukrayna ilə bağlı razılaşmasından qorxur…
…Britaniyanın “Daily Express” qəzeti öz nəşrində ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Ukrayna ilə bağlı razılaşmanın üçüncü dünya müharibəsinə gətirib çıxara biləcəyi fikrini bildirib. SİA-nın məlumatına görə, jurnalistlər ABŞ Ordusunun Avropadakı keçmiş komandanı Ben Xodcesin şərhlərinə istinad edirlər ki, bu, Moskvaya potensial olaraq NATO ölkələrinə hücum etmək imkanı verəcək. Nəşr Xodcesin Rusiyanın niyyətləri ilə bağlı skeptisizmini qeyd edir. Amerikalı “şahin” hər an həm Ukraynaya, həm də digər NATO ölkələrinə hücum etməklə mövcud sülh sazişlərini poza biləcəyini və bunun qlobal münaqişə təhlükəsi yarada biləcəyini deyib. …Xodcesin sözlərinə…
Daha çoxSüni intellektin yaratdığı fəsadlar nələrdir?
“Süni intellekt (Sİ) texnologiyaları həyatımızı dəyişdirir və asanlaşdırır. Lakin onun bəzi mənfi tərəfləri də var. Bunlardan ən mühümü iş yerlərinin azaldılmasıdır. Süni intellekt çox işləri avtomatik edir. İnsanların gördüyü bəzi işləri maşınlar və proqramlar əvəz edir. Məsələn, fabriklərdə robotların işləməsi və ya kassalarda özünəxidmət terminallarının istifadəsi bəzi insanların işsiz qalmasına səbəb ola bilər”. Bu sözləri kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Əmirov SİA-ya aşıqlamasında deyib. Onun sözlərinə görə, süni intellektin digər yaratdığı fəsadlar sırasında məlumatların təhlükəsizliyi yer alır: “Süni intellekt şəxsi məlumatlarımızı işləyir və saxlayır. Bu məlumatlar oğurlanarsa və ya düzgün istifadə…
Daha çoxErməni cinayətkarlarının məhkəməsi davam etdirilir
Yanvarın 21-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət…
Daha çoxErsin Tatar Nikos Xristodoulides ilə görüşüb
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar Cənubi Kıbrıs Rum İdarəsinin rəhbəri Nikos Xristodoulides ilə görüşüb. Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar Cənubi Kıbrıs Rum İdarəsinin rəhbəri Nikos Xristodoulides ilə görüşüb. SİA-nın məlumatına görə, görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi və BMT-nin Kıbrıs Sülh Qüvvələri (UNFICYP) missiyasının rəhbəri Kolin Stivır bufer zonada yerləşən iqamətgahında baş tutub. Bildirilib ki, KKTC prezidenti və Rum icmasının lideri Xristodulides iki ölkə arasındakı sərhəd keçid məntəqələri başda olmaqla bir çox mövzunu…
Daha çoxİlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, dövlətimizin başçısı məktubunda Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.
Daha çox