Təkrar cinayət törədən şəxs iki rus qadınla vəhşicəsinə davranıb

…Nijnekamskda polis əməkdaşları iz hələ isti ikən iki sevgilisi ilə vəhşicəsinə rəftar etmiş təkrar cinayətkarı saxlayıblar. SİA-nın məlumatına görə,bu barədə Lenta.ru-ya Tatarıstan Respublikasının Daxili İşlər Nazirliyindən bildirilib. Cinayətlə bağlı yanvarın 20-də səhər saatlarında məlumat verilib. Çulman küçəsindəki evə gələn təhlükəsizlik qüvvələri vestibülün içərisində çoxsaylı bıçaq xəsarətləri olan bir qadının meyitini, ikincisinin isə mənzildə olduğunu aşkar ediblər. İstintaqçılar qətliamda 52 yaşlı yerli sakinin əli olduğunu müəyyən ediblər. 2017-ci ildə o, artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsi (“Ehtiyatsızlıqdan ölümə səbəb olma”) ilə məhkum edilib. Dindirilmə zamanı kişi qadınları münaqişə zamanı bıçaqladığını…

Daha çox

“Rusiya Çinə neft və qaz tədarükü üzrə birinci yeri tutub”

Rusiya prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinlə videobağlantı vasitəsilə görüş keçirib. Rusiya Çinə neft və qaz tədarükü üzrə birinci yeri tutub. SİA xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinlə videobağlantı vasitəsilə söhbətində deyib. “Çin Rusiyanın enerji resurslarının ən böyük istehlakçısıdır. Biz neft ixracında birinci yeri tuturuq. Beş il əvvəl sizinlə birlikdə “Sibirin Gücü” qaz kəmərinin istismarına start verdik, bu gün isə Rusiya Çinə təbii qaz tədarükündə birinci yerdədir”, – V.Putin qeyd edib. Putin ötən ilin Rusiya-Çin münasibətləri üçün son dərəcə…

Daha çox

Prezident İlham Əliyev Davosda İsrail Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu. İsxak Hersoq ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı. Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirildi, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirildi. Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu vurğulandı, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələrinin də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşamaları üçün hərtərəfli şəraitin yaradıldığı məmnunluqla qeyd…

Daha çox

İran iqtisadi sanksiyaların aradan qaldırılması üçün danışıqlara hazırdır

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə… İranın Xarici işlər nazirinin müavini Kazım Qəribabadi iqtisadi sanksiyaların aradan qaldırılması üçün danışıqlara hazır olduqlarını və digər tərəflərin də bu iradəyə sahib olmaları halında nəticə əldə ediləcəyini bildirib. SİA xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Qəribabadi Cenevrə Konvensiyasının qəbulunun 75-ci ildönümü münasibətilə təşkil olunan mərasimdə jurnalistlərə açıqlamalar verib. O, deyib: “İran keçmişdə olduğu kimi sanksiyaların aradan qaldırılmasına yönəlik danışıqlara yenidən başlamağa hazırdır. Biz həmişə bu iradəyə sahib olmuşuq. Əgər digər tərəflər də bu iradəyə sahib olsalar,…

Daha çox

Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı rəsmi instaqram səhifəsində paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”.

Daha çox

Tusk polyakların ABŞ-dan deportasiyasına hazırlıq görməyə çağırıb

…Polşanın baş naziri Donald Tusk ABŞ prezidenti Donald Trampın bəyanatları fonunda polyakların ABŞ-dan deportasiyasına hazırlıq barədə göstəriş verib. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. …Daha əvvəl Tramp bəyan etmişdi ki, qeyri-qanuni mühacirlərin genişmiqyaslı deportasiyası “çox tezliklə” başlayacaq. …Narahat olmağa heç bir səbəb ola bilməz, lakin Polşa istənilən vəziyyətə yaxşı hazır olacaq. Ölkədə hər bir polyak hərarətlə qarşılanacaq. Hər kəs öz vətənində özünə yer tapacaq. …Burada hər kəs öz Amerikasını tapacaq, deyən Tusk, Xarici İşlər Nazirliyinə, Polşanın ABŞ-dakı konsulluqlarına, post və xidmətlərinə “ABŞ-da müxtəlif statuslarda işləyən, yaşayan…

Daha çox

20 Yanvar faciəsi Bolqarıstan mətbuatında geniş işıqlandırılıb

XX əsrin ən qanlı cinayətlərindən olan 20 Yanvar qətliamına dair məlumatlar Bolqarıstan mətbuatında geniş işıqlandırılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, məqalələrdə Qanlı Yanvar gecəsinə aparan tarixi hadisələr, bu qanlı cinayətin təşkili, törədilməsi, onu törədənlərin məkrli məqsədləri və acı nəticələrindən söhbət açılmaqla yanaşı, ona beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilməsinin vacib olduğu qeyd edilib. Bildirilib ki, Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də Azərbaycan ərazisi olan Qarabağın bir hissəsinin qeyri-qanuni ilhaqına dair qərarına və Ermənistanın orada yaşayan bütün azərbaycanlı əhalini öz ata-baba yurdlarından…

Daha çox

Putin Vahid Rusiyadan olan deputatdan kürəyinə bıçaq zərbəsi alıb..?

Solovyovun tok-şousunda birdən-birə Rusiya hökumətinin açıq-aşkar gözdən salınması baş verdi. SİA-nın əldə etdiyi məlumata görə, Putin rejiminin görkəmli siması, çox vaxt “dəm” olan Dövlət Dumasının deputatı Qurulev qəflətən əhvalını dəyişərək doğulduğu Transbaykaliyadakı real həyatı təsvir etməyə başlayıb. Onun sözlərinə görə, orada əsl humanitar fəlakət baş verir. Yollar, xəstəxanalar, həkimlər yoxdur, insanlar sivilizasiyadan qopub və yaşamaq üçün kütləvi şəkildə xüsusi hərbi əməliyyata yazılırlar. Deyilənlərə görə, Ukrayna mətbuatında hardasa belə bir şey yazılanda Solovyov “yaxasını cıraraq” qışqırır ki, bu böhtandır, faşizmdir, rusofobiyadır. Amma sonra Vahid Rusiyadan olan deputatı məlul-məlul dinləyərkən, heç “cınqırını”…

Daha çox

Mərkəzi Seçki Komissiyasının növbəti iclası olub

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 21-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Komissiyanın 2025-ci il 14 yanvar tarixli iclas protokolu təsdiq edilib. Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsinə baxılıb. Bildirilib ki, Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən də daim geniş və səmərəli istifadə edilib. Aparılan geniş müzakirələrin ardınca Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar seçki günü səsvermə məntəqələrində proseslərin əvvəldən axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi məqsədilə, keyfiyyətli…

Daha çox

İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edilib

Nəzarət tədbirləri çərçivəsində idxal olunan bir sıra məhsul partiyalarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. SİA xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, uyğunsuzluqlar əsasən idxal olunan məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması və ya normativ sənədlərin tələblərinə görə istifadəyə yararsız olması ilə bağlıdır. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə AQTA-nın saytında tanış olmaq mümkündür.

Daha çox