Trampın xanımı öz kriptovalyutasını işə saldı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın “Memcoin” kriptovalyutasının satışa çıxarıldığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb. “Melaniyanın rəsmi “Memcoin”i artıq satışdadır. İndi onu ala bilərsiniz”, – deyə Melaniya Tramp bildirib. Bundan əvvəl birinci xanım özünün kriptovalyutasını işə saldığını elan etmişdi.

Daha çox

ABŞ Almaniyanın ən mühüm ticarət tərəfdaşı kimi Çini geridə qoyub

ABŞ 2024-cü ildə Almaniyanın ən mühüm ticarət tərəfdaşı olub. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 255 milyard avroya çatıb. Almaniya 2016-cı ildən bəri ilk dəfə olaraq Çin ilə müqayisədə ABŞ-la daha çox ticarət dövriyyəsi həyata keçirib. Almaniyanın ikinci ən böyük ticarət tərəfdaşı olan Çin ilə qarşılıqlı ticarət dövriyyəsi ötən il 247 milyard avro təşkil edib. Bu göstərici üzrə sonrakı yerlərdə Niderland, Fransa və Polşa gəlir. Qeyd edək ki, Almaniyanın Çin ilə ticarət dövriyyəsi 2022-ci ildə təxminən 300 milyard avro təşkil edib.…

Daha çox

İtaliya qəzeti 20 Yanvar faciəsindən yazıb

İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetində 20 Yanvar faciəsi ilə əlaqədar məqalə dərc olunub. SİA xəbər verir ki, yazıda 35-ci il əvvəl baş vermiş Yanvar hadisələrinin müasir Azərbaycanın müstəqilliyinə gedən yolda xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir. Qeyd olunur ki, Sovet İttifaqı rəhbərliyinin ayrı-seçkilik siyasəti və ölkəmizin Qarabağ bölgəsində yaşayan yüz minlərlə azərbaycanlının evlərini tərk etmək məcburiyyətində qalması Azərbaycan xalqının başlatdığı kütləvi etiraz aksiyalarının və milli azadlıq hərəkatının əsasını təşkil edib. Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun bilavasitə əmri ilə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlarının böyük kontingenti…

Daha çox

Qəzzada azad edilən girovlara inanılmaz “hədiyyə”

Qəzzada azad edilən girovlara Fələstinin HƏMAS hərəkatının suvenirləri və sertifikatları olan bağlamalar verilib. SİA xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Portalın yaydığı kadrlarda qadınların HƏMAS simvolları olan kağız torbalarla Qızıl Xaç avtomobilindən düşdüyü görünür. Nəşr qeyd edib ki, bağlamanın içərisində Qəzza mənzərəsi olan açıqcalar və ərəb və ivrit dilində mətnləri olan “azadlıq sertifikatı” olub.

Daha çox

“TikTok” ABŞ-dəki fəaliyyətini bərpa edir

“TikTok” rəhbərliyi ABŞ-də platformanın fəaliyyətini bərpa edir. Platforma ölkədə qadağan edilsə belə, tərəfdaş şirkətlər xidmətin fəaliyyətini dəstəklədiklərinə görə məsuliyyət daşımayacaqlar. SİA xəbər verir ki, bu barədə platformanın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb. “TikTok” provayderlər ilə razılaşmaya əsasən xidmətin bərpası ilə məşğuldur. Biz prezident Trampa 170 milyondan çox amerikalının “TikTok”a çıxışını təmin edən və 7 milyondan çox kiçik müəssisənin inkişafına imkan verən provayderlərimiz üçün lazımi aydınlıq və zəmanətlər verdiyinə görə təşəkkür edirik”, – bəyanatda deyilib. Xidmət nümayəndələri əlavə ediblər ki, “TikTok”u ABŞ-də saxlayacaq uzunmüddətli həll yolu üçün prezident Trampla…

Daha çox

İsveçdə 20 Yanvara həsr olunmuş videokonfrans təşkil edilib

İsveçdə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Qanlı 20 Yanvar” adlı videokonfrans keçirilib. SİA xəbər verir ki, konfrans İsveçin Höteborq şəhərində yaşayan “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kərimi tərəfindən təşkil edilib. Tədbirin əvvəlində Kahramanmaraş Sütçü İmam Universitetinin (KSÜ) professoru, tarixçi, politoloq Toğrul İsmayıl müxtəlif ölkələrdən olan 70-ə yaxın iştirakçıya 20 Yanvar faciəsi barədə geniş məlumat verib. O bildirib ki, o zamanlar həmin hadisələrin canlı şahidi olub: “Sovet ordusunun xalqa qarşı amansızcasına və qəddarcasına əməliyyat həyata keçirməsi qanunlara zidd olan hərəkət və davranış idi. Bu, açıq şəkildə Azərbaycan millətini…

Daha çox

Ukraynalı qadınlar Almaniyadan deportasiya edilməlidir..?

…Dövlət Dumasının Əmək Komitəsinin rəhbəri Yaroslav Nilov Almaniya müxalifət qüvvələrinin Ukraynadan olan qaçqınlardan xilas olmaq istəyini şərh edib. SİA rus saytlarına istinadən xəbər verir ki, guya Rusiyalı deputatın sözlərinə görə, hər şey təbiidir. Nilovun dediyinə görə, belə bir təşəbbüs onu təəccübləndirmir və gözlənilməz deyil. Xatırladaq ki, ötən ilin dekabrında alman müxalifəti Ukraynadan Almaniyaya yeni gələn qaçqınlar üçün işsizlik müavinətinin ləğvini təklif etmişdi. Yanvarın 18-də isə Almaniya üçün Alternativ fraksiyasının lideri Ebner-Ştayner bütün ukraynalı qaçqınların ölkədən çıxarılmasını tələb edib. RTVI-nın jurnalisti ilə danışan Nilov Almaniya sakinlərinin məcburi miqrantlarla bağlı vəziyyətdən ümumi…

Daha çox

Şimali Koreya sənədlərinin anbarı ələ keçirilib…

Şimali Koreya ordusunun əsgərləri döyüş təcrübələrini ətraflı şəkildə qeyd edirlər… …Kursk vilayətində Şimali Koreya ordusunun ölmüş əsgərlərinin üzərindən tapılan silah və qeydlər onların düşüncə tərzini və müasir şəraitdə döyüşə necə tez uyğunlaşdıqlarını nümayiş etdirir. Anbarda tapılan sənədlər isə döyüşlərin gedişini təsvir edir. SİA xəbər verir ki, bu barədə bazar günü, yanvarın 19-da “The Washington Post” nəşrini Şimali Koreyalıların Rusiya Federasiyasının Kursk vilayətində ukraynalı döyüşçülərə qarşı döyüşə gedərkən özləri ilə apardıqları əşyalara həsr edərək yazıb. Jurnalistlər həmçinin Ukrayna əsgərlərinin Kurskda ələ keçirdikləri anbardan Şimali Koreya sənədlərinə çıxış…

Daha çox