Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Yanvarın 20-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Parlament Aparatının və İşlər İdarəsinin kollektivləri 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, Milli Məclisin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb.

Daha çox

Türkiyə XİN 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib. SİA xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsində dərc olunan məlumatında bildirilib. “1990-cı il yanvarın 20-də müstəqillik uğrunda canlarından keçmiş qardaş Azərbaycanın qəhrəmanlarının xatirəsini hörmət və rəhmətlə yad edirik”, – paylaşımda deyilir.

Daha çox

20 Yanvar şəhidlərinin ailələri sosial təminat sistemi ilə əhatə olunublar

Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarının ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində də mühüm addımların atılmasına imkan verib. Hələ ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis olunub. Ulu Öndərin tapşırıqları əsasında 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların sosial təminat sistemi ilə əhatə olunması üçün mühüm tədbirlərə başlanıb. Həmin tədbirlər Prezident İlham Əliyevin həssas qruplara xüsusi diqqət və…

Daha çox

Britaniyanın Bakıdakı səfiri Şəhidlər xiyabanını ziyarət edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqyus Old 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib. SİA xəbər verir ki, bu barədə səfirin “X” sosial şəbəkəsində paylaşdığı məlumatda deyilir. “Qanlı 20 Yanvar hadisələrində azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanları dərin hüznlə anıram”, – Old yazıb.

Daha çox

Bu gün Vaşinqtonda Trampın andiçmə mərasimi keçiriləcək

Bu gün paytaxt Vaşinqtonda ABŞ-ın yeni seçilmiş Prezident Donald Trampın inauqurasiya mərasimi keçiriləcək. SİA xəbər verir ki, 60-cı prezident seçkiləri ilə bağlı andiçmə mərasimi yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 21:00-da) başlayacaq. Tədbirin daha əvvəl Kapitol binasının qərb həyətində baş tutması planlaşdırılsa da, Vaşinqtonda hökm sürən kəskin soyuq hava şəraiti ilə əlaqədar Kapitol binasının rotundasına keçirilməsi qərara alınıb. Andiçmə mərasimi ilə ABŞ-da rəsmi olaraq idarəçilik Bayden administrasiyasından Tramp administrasiyasına keçir. Kapitol binasında təhlükəsizlik xidməti saat 5:30-dan fəaliyyət göstərəcək, saat 9:30-dan etibarən musiqi səsləndiriləcək. Mərasim yeni seçilmiş vitse-prezident Ceyms Devid…

Daha çox

Təbrizdə Qanlı Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunda Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib. SİA xəbər verir ki, tədbir zamanı 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilib, fotoşəkillərdən ibarət sərgi keçirilib və ehsan süfrəsi açılıb. Tədbirdə İranın Şərqi Azərbaycan valisinin siyasi məsələlər üzrə müavini Murtaza Məhəmmədzadə, bu ölkənin digər rəsmi şəxsləri, Türkiyənin Təbrizdəki baş konsulu Çetin Taner və baş konsulluğun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri, Azad İslam Universitetinin azərbaycanlı tələbələri iştirak ediblər. Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Baş…

Daha çox

Zakir Həsənov Şəhidlər xiyabanını ziyarət etdi

Müdafiə naziri Zakir Həsənov 20 yanvar hadisələrinin 35-ci ildönümüylə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Qeyd edək ki, Azərbaycan xalqının azadlıq mübarizəsinə qalxdığı və qanlı tarix yazdığı səhifələrdən biri olan 20 Yanvar hadisələrindən 35 il ötür.

Daha çox

20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş virtual sərgi istifadəçilərə təqdim edilib

Azərbaycan tarixinin ən faciəli hadisələrindən olan, eyni zamanda xalqımızın azadlıq və müstəqillik mübarizəsinin növbəti qəhrəmanlıq səhifəsi hesab edilən qanlı 20 Yanvar hadisəsindən 35 il ötür. Bu münasibətlə Milli Kitabxanada 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “20 yanvar – Qəhrəmanlıq və qürur günümüzdür!” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib. Kitabxanadan SİA-ya bildirilib ki, virtual sərgidə bu faciəni əks etdirən fotolar, unudulmayan tarix, tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi – 20 Yanvar faciəsi, qanlı hadisələrə ilk kəskin etiraz edən Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi, Bakıda törədilmiş faciə…

Daha çox

Vaşinqtonda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Vaşinqtonda 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində baş tutmuş tədbirdə səfirliyin heyəti, Azərbaycan icmasının nümayəndələri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Anım tədbirində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib ki, 20 Yanvar tək Azərbaycan üçün önəmli tarixi hadisə deyil, eyni zamanda digər xalqlar üçün də müstəqillik, suverenlik mesajı…

Daha çox