Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, məsələ ilə bağlı konkret faktlar var: “Bu faktlarla bağlı cinayət işi açılıb, istintaq davam edir. Belə halların bir daha baş verməməsi üçün Baş Prokurorluq aidiyyatı qurumlarla bağlı qabaqlayıcı tədbirlər görür. Bu sahədə problemlər araşdırılır və gələcəkdə baş verməməsi ilə bağlı tədbirlər görülür”.
Daha çoxDay: January 20, 2025
Cahit Bağcı Şəhidlər xiyabanını ziyarət edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, o bu barədə özünün “X” sosial media hesabında paylaşım edib. “20 Yanvar qırğını qardaş Azərbaycan xalqının müstəqillik məşəlini alovlandırdığı, böyük oyanışın, qələbəyə doğru mübarək yolun başladığı gündür! Müqəddəs şəhidlərimizin ruhu şad olsun. Bayrağı bayraq edən qandır, Torpaq, uğrunda ölən varsa, vətəndir”, – paylaşımda qeyd olunub.
Daha çoxYAP Mərkəzi Aparatı şəhidlərimizi qürur və ehtiramla anır!
YAP Mərkəzi Aparatı şəhidlərimizi qürur və ehtiramla anır!
Daha çoxFransa səfiri Şəhidlər xiyabanını ziyarət etdi
Fransanın Azərbaycandakı səfiri Ann Buayon 20 Yanvar – Ümummilli Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, o, bununla bağlı X sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bu gün biz həmkarlarımla birlikdə 1990-cı il 20 Yanvar qurbanlarının xatirəsini ehtiramla yad etdik”.
Daha çoxDövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə SİA-ya qurumdan məlumat verilib. Bildirilib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb. Sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Allah şəhidlərimizə rəhmət eləsin!
Daha çoxPakistanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
Pakistan Milli Müasir Dillər Universitetində (NUML) “20 Yanvar – Azərbaycanın qəhrəmanlıq və iftixar tarixi” adlı seminar keçirilib. Azərbaycanın Pakistandakı səfirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə NUML-in müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib və 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub. Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı…
Daha çoxQubada qarın hündürlüyü 17 sm-ə çatıb
Saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qubada (Qrız) 17 sm, Qaxda (Sarıbaş) 12 sm, Zaqatalada (Əlibəy) 10 sm, Qusarda (Laza) 5 sm, Altıağacda 4 sm, Daşkəsən, Xınalıq, Xaltanda 3 sm, Göygöl, Lerikdə 2 sm, Gədəbəydə 1 sm-dir. Belə ki, düşən yağıntının miqdarı Şabran 3 mm, Tovuz, Balakən, Şəmkir, Biləsuvar, Astara, Yardımlı, Gəncədə 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Qərb küləyi əsib, küləyin sürəti sarı xəbərdarlığa…
Daha çoxBMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Şəhidlər xiyabanını ziyarət edib
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, o bu barədə özünün rəsmi “X” sosial media hesabında paylaşım edib. “Bu gün 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisənin 35-ci ildönümüdür. Müstəqillik uğrunda mübarizədə həlak olanların xatirəsini yad etmək üçün Azərbaycan dövləti və xalqının yanındayıq”, – paylaşımda qeyd olunub.
Daha çoxABŞ səfirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib
ABŞ-nin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edib. SİA xəbər verir ki, ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara Bakıda Şəhidlər xiyabanını ziyarət edib. “Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk. Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk”, – o, “x” hesabında yazıb.
Daha çoxBakıda söküntü işləri Baş Plana əsasən reallaşdırılır
Bakıda söküntü işləri ardıcıllıqla davam edir. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O bildirib ki, Baş Plan təsdiq olunub: “Baş Plana əsasın köhnə binaların söküntüsü davam edir. Bak şəhəri inkişafdadır”.
Daha çox