20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluğun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Prokurorluq əməkdaşları şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub, Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib.
Daha çoxDay: January 20, 2025
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib. SİA-nın məlumatına görə, nazirlik bu barədə rəsmi “X” sosial media hesabında post paylaşıb. “Qardaş Azərbaycanda baş verən və “Qara yanvar” kimi tanınan qətliamda şəhid olan qardaşlarımızı ehtiramla yad edirik. Yaxşı gündə də, pis gündə də “bir millət, iki dövlət” olaraq azərbaycanlı qardaşlarımızla bir yerdə olmağa davam edəcəyik”, – paylaşımda vurğulanıb.
Daha çoxBakı metrosu Dərnəgül deposunu istifadəyə verməyə hazırlaşır
Yaxın vaxtlarda “Bakı Metropoliteni” QSC-nin Yeni Dərnəgül deposunun istifadəyə verilməsi planlaşdırılır. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Vüsal Aslanov bildirilib. “Hazırda metronun “Qırmızı” və “Yaşıl” xətlərinə xidmət edən yalnız bir depo – Nərimanov deposu mövcuddur: Yeni depo istifadəyə verildikdən sonra “Yaşıl” xəttin müstəqil deposu olacaq. Növbəti tədbirlərimizdən biri də “İçərişəhər” və “Xətai” stansiyalarında geri dönüş tunellərinin təkmilləşdirilməsidir. Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur. Bu fasilə nə qədər qısa olarsa, intervallar bir o qədər azalar”, – deyə o qeyd edib.…
Daha çoxNiderland səfiri Şəhidlər xiyabanında 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Niderlandın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib. SİA-nın məlumatına görə, Niderlandın Azərbaycandakı səfiri Paulin Eyzema Şəhidlər xiyabanını ziyarət edib. “Səfir diplomatik missiyanın nümayəndələri ilə birlikdə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib”, – səfirliyin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
Daha çoxXalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə və ehtiramla anır
Qanlı Yanvar hadisələrindən 35 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. SİA xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər düzülür. 20 Yanvar xalqımızın tarixinə yalnız faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Odur ki, şəhid məzarları önündə baş əyən on minlərlə insanın simasında kədərlə yanaşı, qürur hissləri oxunur. Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları – şəhidlərin yaxınlarını, Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının…
Daha çoxDin xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər
1990-cı il yanvarın 20-də Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin anım günüdür. SİA xəbər verir ki, bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə ölkəmizdəki dini konfessiyaların rəhbərləri, din xadimləri Bakıdakı Şəhidlər xiyabanını ziyarət ediblər. 20 Yanvar hadisəsi qurbanlarının məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb, ruhları dərin ehtiramla yad edilib, dualar oxunub.
Daha çoxƏƏSMN-nin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə güllər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad olunub.
Daha çoxYAP nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, YAP nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Partiya nümayəndələri tərəfindən “Türk şəhidliyi” abidəsi də ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
Daha çoxAzərbaycanın Düşənbədəki səfirliyi 20 Yanvar qurbanlarının xatirəsinə anım mərasimi keçirib
Azərbaycanın Tacikistandakı səfirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi və mətbuat konfransı keçirib. Səfirlikdən SİA-ya bildirilib ki, tədbir iştirakçıları şəhidlərin xatirəsini yad ediblər. Tədbir zamanı səfir Əlimirzamin Əsgərov iştirakçılara 1990-cı il yanvarın 20-də baş vermiş faciəvi hadisələr barədə məlumat verib.
Daha çoxSərhədçilər 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
20 Yanvar faciəsinin 35-ci ildönümündə Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində anım tədbirləri keçirilib. Xidmətdən SİA-ya bildirilib ki, Ümumxalq Hüzn Günündə DSX-nın rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərimizin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. DSX aparatında keçirilmiş anım tədbirində fotoqrafların faciədən lentə aldığı fotolardan ibarət sərgiyə baxışı təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya…
Daha çox