Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətin maarifləndirilməsi və vətənpərvərlik nümunələrinin təbliğ edilməsi istiqamətində silsilə tədbirlər keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, saat 12:00-da faciənin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər, videoçarxlar…
Daha çoxDay: January 20, 2025
İsveçdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Stokholmdakı “Zorakılığa qarşı” abidəsinin önündə anım tədbiri keçirilib. SİA xəbər verir ki, anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib, abidənin önünə gül dəstələri düzülüb. Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov 1990-cı ilin bu günündə Azərbaycan xalqının tankların və ağır texnikanın qarşısına əliyalın çıxaraq öz müstəqilliyini tələb etməsindən, sovet ordusunun dinc insanları gülləbarana tutması nəticəsində 147 mülki şəxsin həlak olmasından, 744 nəfərin isə yaralanmasından bəhs edib. “Biz bu gün, həmçinin Ümummilli Lider Heydər Əliyevi dərin ehtiram…
Daha çoxOmbudsman Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanında
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə SİA-ya aparatın mətbuat xidmətindən məlumat verilib. Azərbaycanın azadlığı uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə tər güllər düzülüb.
Daha çoxPrezident İlham Əliyev 20 Yanvarla bağlı paylaşım edib – FOTO
Prezident İlham Əliyev 20 Yanvarla bağlı paylaşım edib – FOTO
Daha çoxAQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Yanvarın 20-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi ehtiramla yad edilib. Həmçinin 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir də keçirilib. Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hadisələrin əks edildiyi videoçarx nümayiş etdirilib, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğından və…
Daha çox20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Yanvar faciəsi zamanı həlak olmuş şəhidlərin əziz xatirəsi qürur və ehtiramla anılıb, bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən, şəhidlərimizin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda apardığı mübarizədən danışılıb. 20 Yanvar tarixinin xalqımızın mübarizlik nümunəsi kimi yaddaşlarda qalacağı, daim qürurla anılacağı və gələcək nəsillər üçün müstəqillik salnaməsinin şanlı səhifəsi kimi xatırlanacağı vurğulanıb.
Daha çoxDövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Dövlət Komitəsindən SİA-ya bildirilib ki, kolektiv tərəfindən ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər qərənfillər düzülüb.
Daha çoxNaxçıvanda 20 Yanvar faciəsinin 35-ci ildönümü yad edilib
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulları, Naxçıvan Qarnizonu qoşunlarının heyətləri, “Naxçıvan Qaziləri” və “Naxçıvan Şəhid Ailələri” ictimai birliklərinin üzvləri və yüzlərlə sakin şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəliblər. Əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını…
Daha çoxXankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi
20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda da yad edilib. Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Xankəndi şəhəri və Xocalı rayonu ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb.
Daha çoxXİN-in rəhbər heyəti Şəhidlər xiyabanında
Ceyhun Bayramovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinin heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə XİN-in mətbuat xidmətindən SİA-ya məlumat verilib. Bildirilib ki, ziyarət zamanı ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.
Daha çox