Hərbi əsirlərdən biri “Ukraynada yaşamaq istəyirəm” deyir…

The Times: Ukraynadakı Şimali Koreyalı məhbuslar özlərini “zaman maşınından çıxmış kimi” hiss edirlər …Ötən şənbə günü Ukrayna prezidenti Zelenski X saytında Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən iki Şimali Koreya əsgərinin fotoşəkillərini dərc edib. SİA-nın məlumatına görə, The Times qeyd edir ki, onlar 1950-ci ildə Koreya Müharibəsindən sonra döyüşlərdə əsir düşən ilk Şimali Koreyalı hərbi əsirlərdəndir. …İnternetdə məhbusların hansı ölkədə olduqlarını bilmədiklərini etiraf etdikləri dindirmələrin videoyazıları da yayılıb. Onlardan evə getmək istəyib-istəmədiklərini soruşduqda, biri başını “bəli”, digəri isə “Ukraynada yaşamaq istəyirəm” deyib.…

Daha çox

20 Yanvar faciəsindən 35 il ötür

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 35 il keçir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.…

Daha çox