Azərbaycan Könüllüləri 20 Yanvar Şəhidlərinin xatirəsini ehtiramla anıblar

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılıb. SİA xəbər verir ki, ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən ümumilikdə 300-dən çox Azərbaycan Könüllüsü, təşkilat rəhbərləri ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçən qəhrəmanların şərəfli xatirəsinə ehtiram ifadəsi olaraq Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin məzarları önünə tər gül dəstələri düzüblər. Həmçinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Milli Kimlik” İdeoloji Hazırlıq Proqramının növbəti görüşü 20 Yanvar faciəsinə həsr edilib. Görüş 20 Yanvar şahidi, Azərbaycan Fotoqraflar Birliyinin İdarə…

Daha çox

“20 Yanvar qanlı deyil, şanlı və qürur səhifəmizdir”

20 Yanvar Azərbaycan tarixinin qanla yazılmış, lakin eyni zamanda xalqımızın azadlıq uğrunda mübarizəsinin qürurla xatırlandığı bir səhifəsidir. Hər il bu tarixdə milyonlarla insan Şəhidlər Xiyabanına, öndə gedənlərin Vətən uğrunda can verdiyi bu müqəddəs torpağa güllər qoymağa, onların ruhuna dualar oxumağa gəlir. Bu gün, biz yalnız keçmişi yad etmirik, şəhidlərin bizə verdiyi əziz vətən sevgisini, müstəqillik uğrunda mübarizəni, onların qurbanlarını bir daha xatırlayırıq. SƏS TV olaraq 20 yanvar günü ilə bağlı Şəhidlər Xiyabanında vətəndaşların və rəsmilərin fikirlərini öyrəndik. Hərbi ekspert Elmar Hüseynov: “20 yanvar xalqımızın oyanış və özünüdərketmə nöqtəsi idi. Azərbaycan…

Daha çox

“Prezidentin Forumda iştirakı Azərbaycanın səsinin dünya birliyində eşidilməsində böyük rol oynayır”

“Davos İqtisadi Forumu dünyanın qeyri-formal parlament rolunu oynayan bir tədbir kimi artıq çoxdan tarixə yazılıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, hər ilin əvvəlində İsveçrənin Davos şəhərində keçirilən görüşlərdə bütün dövlətlərin rəhbərləri, tanınmış insanları, iqtisadçılar, iş adamları görüşərək dünyanın iqtisadi problemlərini müzakirə edirlər: “Ayrı-ayrı platformalarda ayrı-ayrı regionların və yaxud da ayrı-ayrı problemlərin müzakirəsi keçirilir”. Aydın Mirzəzadə sözlərinə belə davam edib: “Bundan başqa, həm çoxtərəfli, həm ikitərəfli görüşlər keçirilərək dünyada gedən proseslərin həlli yolunda birgə tədbirlər hazırlanıb. Cənab Prezident uzun müddətdir ki, Davos İqtisadi Forumunda iştirak…

Daha çox

Sankt-Peterburqda 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda “20 Yanvar – Qan yaddaşımız və qəhrəmanlıq tariximiz” mövzusunda dəyirmi masa keçirilib. Tədbir çərçivəsində 20 Yanvar faciəsini əks etdirən fotolardan ibarət sərgi də açılıb. SİA xəbər verir ki, baş konsulluqda Azərbaycanın dövlət bayrağı yarıya qədər endirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Baş konsul vəzifəsini icra edən Anar Yusifzadə 1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixinin həm kədərli səhifəsinin, həm də azadlığa gedən yolda canlarını qurban verən Vətən övladlarının misilsiz fədakarlıqları ilə qəhrəmanlıq səhifəsinin yazıldığını bildirib. Diplomat qanlı faciəyə dövlət səviyyəsində tam…

Daha çox

Laçında “20 Yanvar – Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin təşəbbüsü, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr edilmiş “20 Yanvar – Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib. Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Bakı Abadlıq Xidməti”nə bağlı olan “Laçın Abadlıq Xidməti”nin əməkdaşları, Azərbaycan Ordusunun hərbi heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak…

Daha çox

Batumidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu və SOCAR Kulevi Neft Terminalının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Batumidəki Baş konsulu Fuad Əzizov xalqımızın qəhrəmanlıq tarixinə nəzər salıb, 1990-ci il yanvarın 20-də baş vermiş faciənin baş vermə səbəbləri barədə danışıb. Bildirib ki, 35 il bundan əvvəl baş vermiş bu hadisə xalqımızın yaddaşına əbədi həkk olunub. Bu hadisələr faciəli olmaqla yanaşı, Azərbaycan xalqının tarixində şanlı qəhrəmanlıq səhifəsidir. Faciə qurbanları heç vaxt…

Daha çox

Serbiyada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib

Serbiyanın paytaxtı Belqrad şəhərində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə səfirliyin heyəti, Azərbaycan icmasının nümayəndələri, Azərbaycan Mədəniyyət və Dil Mərkəzi və “AzVirt” şirkətinin nümayəndələri iştirak ediblər. Səfir Kamil Xasiyev qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun və daxili qoşunlarının Bakı, Sumqayıt, Lənkəran və Neftçala şəhərlərində mülki əhaliyə qarşı törətdiyi qətliam, Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin əzmini qıra bilməyib. O bildirib ki, bu vəhşi hərbi təcavüz nəticəsində…

Daha çox

RİİN kollektivi Şəhidlər xiyabanında

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Nazirlikdən SİA-ya bildirilib ki, ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.

Daha çox

20 Yanvar şəhidlərinin xatirəsi Parisdə ehtiramla anılıb

Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib. SİA xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyin diplomatları Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edib və qəbirləri üzərinə əklil qoyublar. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək bildiriblər ki, Azərbaycan…

Daha çox

Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikamızın bütün bölgələrində olduğu kimi, Şuşa şəhərində də ehtiramla yad edilib. SİA xəbər verir ki, saat 12:00-da Şuşa şəhərində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, küçələrdə avtomobillərin hərəkəti dayandırılıb, siqnallar verilib. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, şəhərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhər sakinləri şəhidlərin xatirəsini qürur və ehtiramla anıblar.

Daha çox