BRİCS üzvləri ilə konstruktiv bir əməkdaşlıq qurmağı səbirsizliklə gözlədikləri bildirilib Afrikanın ən sıx məskunlaşmış ölkəsi olan Nigeriya BRİCS-ə “ortaq ölkə” olmaq dəvətini qəbul edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sözçü müavini Kimiebi İmomotimi Ebienfa verdiyi yazılı açıqlamada bu addımın Nigeriyanın beynəlxalq əməkdaşlığı təşviq etmək və iqtisadi imkanlardan faydalanmaq məqsədləri ilə uyğun olduğunu vurğulayıb. O, Nigeriyanın inkişaf hədəfləri çərçivəsində strateji tərəfdaşlıqları irəlilətməkdə qətiyyətli olduğunu ifadə edərək BRİCS-in üzv ölkələrlə ticarət, investisiya və sosial-iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün ölkəsinə unikal bir platform təqdim…
Daha çoxDay: January 19, 2025
Suriya Rusiyadan mal idxalına qadağa qoyub
Yeni hökumət ölkədə dolların dövriyyəyə buraxıldığını elan edib …İran, İsrail və Rusiyadan gələn mallar artıq Suriyaya daxil ola bilməz. Suriyanın yeni hakimiyyət orqanları müvafiq idxal qadağası elan ediblər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Alarabiya məlumat yayıb. Nəşrin məlumatına görə, Suriya diktatoru Əsəd rejiminin süqutundan sonra Suriya yerli bazarlara idxal olunan malların müxtəlif axınının şahidi olub. Xüsusilə paytaxt Dəməşqdə mağazalar türk şüşə suyundan və Səudiyyə Ərəbistanının qida məhsullarından tutmuş Twix və Snickers kimi şokoladlara, həmçinin Pepsi və digər beynəlxalq içkilərə qədər hər şeylə doludur.…
Daha çoxSumqayıtda “20 Yanvar – qanlı və şanlı tariximiz” mövzusunda tədbir…
Sumqayıt şəhərindəki 28 May Mədəniyyət Evində “20 Yanvar – qanlı və şanlı tariximiz” mövzusunda tədbir keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin, YAP Qubadlı rayon təşkilatının, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirməsi ilə başlayıb. Bütün Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx izlənilib. Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan və bu siyasətin layiqli davamçısı Prezident İlham…
Daha çoxYük maşınları Qəzzaya girməyi gözləyir
Yük maşınları Qəzzaya girməyi gözləyir
Daha çoxİsrailli nazirlər birgə istefa verib
İsrailin milli təhlükəsizlik naziri ifrat sağçı İtamar Ben-Qvir istefa verib. SİA-nın məlumatına görə, Ben-Qvir və rəhbərlik etdiyi Yəhudi Gücü Partiyasının nazirlərinin kabinetdəki vəzifələrindən istefa verdikləri bildirilib. Partiyanın açıqlamasına görə, Ben-Qvir Milli Təhlükəsizlik Nazirliyindən, Yiçzak Vasserlof Neqev və Qalile İnkişaf Nazirliyindən, Amiçai Eliyahu isə İrs Nazirliyindən istefa edib. Ben-Qvir “Həmas” ilə atəşkəs və əsir mübadiləsi razılaşmasının tətbiqinə başlanılması ilə Yəhudi Gücü Partiyasının kabinetdəki digər nazirləri ilə birgə istefa verəcəyini açıqlamışdı. Xatırladaq ki, Ben-Qvirin rəhbərlik etdiyi Yəhudi Gücü Partiyasının 6 millət vəkili var.
Daha çoxTürk Silahlı Qüvvələri uğurlu antiterror əməliyyatı keçirib
Türk Silahlı Qüvvələri davamlı və hərtərəfli əməliyyatlarla terroru mənbəyində məhv edir. SİA-nın məlumatına görə, son olaraq, İraq və Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib. Məlumat Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayınlanıb. Bildirilib ki, İraqın şimalındakı “Pəncə Kilidi” əməliyyatı bölgəsində 3 PKK terrorçusu, Suriyanın şimalındakı “Sülh Çeşməsi” bölgəsində isə 1 PKK/YPG terrorçusu müəyyən edilib. Keçirilən əməliyyat nəticəsində 4 terrorçu zərərsizləşdirilib. Nazirlik açıqlamasında “Türk Silahlı Qüvvələrimiz terrorçulara nəfəs alma imkanı tanımır” ifadəsi işlədilib. “Əziz vətənimizi terror bəlasından xilas etmək üçün mübarizəmizi böyük bir iradə və qətiyyətlə davam etdiririk, etdirəcəyik”, – deyə vurğulanıb.
Daha çoxŞimal-qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri seçki günü prosedurları barədə maarifləndirilir
Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar yanvarın 19-da ölkənin şimal-qərb bölgəsində yerləşən rayonların seçki dairələrinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər başlayıb. Treninqlər aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır. SİA xəbər verir ki, 113 saylı Qax-Şəki seçki dairəsinin dairə seçki komissiyasında keçirilən və beş gün davam edəcək treninqlərdə dairənin tərkibinə daxil olan 73 seçki məntəqəsindən 438 nəfər komissiya üzvünün iştirakı nəzərdə tutulur. Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunan təlim kursunda iştirak etmiş Qoşqar Paşayev və Coşqun Mirzəbəyov…
Daha çoxGəncədə dairə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir
Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunması və seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası Qərb bölgəsində yerləşən dairə seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib. SİA xəbər verir ki, 38 saylı Gəncə birinci seçki dairəsinin komissiya üzvü Bəsti Cəfərova bildirib ki, iki növbədə keçiriləcək treninqlərin məqsədi seçki prosesinin keçirilməsi qaydaları, seçki bülletenlərinin təsnifatı və sənədlərin hesablanması, protokolun doldurulması qaydalarının ətraflı izah olunmasıdır. Təlimlərdə iştirakçılara səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının şəffaf mürəkkəblə işarələnməsi, səsvermə otağının təşkili qaydası,…
Daha çox35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasındakı treninqlərdə 230 nəfərin iştirakı nəzərdə tutulub
Bu il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkili, azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) genişmiqyaslı kampaniyası ardıcıl, sistemli və intensiv şəkildə davam edir. Seçkilərlə əlaqədar yanvarın 19-da 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər keçirilir. Həmin dairə seçki komissiyasında yanvarın 23-dək davam edəcək təlimlər seçki komissiyaları üzvlərinin məlumatlılığını, peşəkarlığını artırmaq məqsədi daşıyır. SİA xəbər verir ki, gündə iki sessiya olaraq keçirilən dördgünlük treninqlərdə 42 məntəqədən…
Daha çoxUkrayna nəşri qanlı Yanvar faciəsindən yazıb
Ukraynanın “Kiyev Diplomatik” nəşrində “Qanlı Yanvar: Azərbaycan xalqının açıq yarasının 35 illiyi” sərlövhəli məqalə yamlanıb. SİA xəbər verir ki, məqalənin müəllifləri həmvətənlərimiz – hüquq elmləri doktoru, professor, diplomat, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyev və Boqdan Xmelnitski adına Melitopol Dövlət Pedaqoji Universitetinin müəllimi Qara Həsənovdur. Məqalədə qeyd olunur ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində çox sayda…
Daha çox