Azərbaycan Qəzza məsələsinin iki dövlət prinsipi ilə həllinin tərəfdarıdır. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib. “Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Xüsusilə Türk Dövlətləri Təşkilatının bu əməkdaşlıqda böyük rolu var. Təşkilatın ötən il iyulun 6-da keçirilən zirvəsində Qarabağ bəyannaməsinin Şuşada imzalanması çox böyük əhəmiyyətə malikdir”, – XİN başçısı əlavə edib. C.Bayramov regional təhlükəsizlik məsələsinə də toxunub. “Yaxın Şərqdəki vəziyyət müzakirə edildi. Suriyadakı yeni hakimiyyətin inteqrasiyası bölgəmiz üçün…
Daha çoxDay: January 19, 2025
Tramp “TikTok”a 90 gün möhlət verə biləcəyini açıqlayıb
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinə başlayacağı ilk gün “TikTok”a 90 gün möhlət verəcəyini açıqlayıb. SİA xəbər verir ki, Tramp bunu NBC telekanalına müsahibəsi zamanı deyib. “90 günlük möhlət vermək olar. Bunu etmək qərarına gəlsəm, bazar ertəsi elan edəcəm”, – deyə o bildirib.
Daha çoxADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Yanvarın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) təşkilatçılığı ilə “20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. “Unikal” xəbər verir ki, ənənəvi olaraq öncə ADNSU-nun 20 Yanvar şəhidləri – Rahim Babayevin, Canpolad Orucovun və Ağabəy Novruzbəylinin barelyefləri önünə gül dəstələri düzülüb, Milli Qəhrəman Mübariz İbrahimovun heykəli önünə əklil qoyulub. Şəhidlərin yaxınları və ailə üzvləri ilə birgə onların xatirəsi dərin ehtiramla yad edilib. Universitetin Akt zalında davam edən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və…
Daha çoxAdil Kərimlinin Şamaxıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli tərəfindən yanvarın 17-də saat 10:00-da Şamaxı rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilməsi nəzərdə tutulan (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 36) Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib. Nazirlikdən SİA-ya bildirilib ki, vətəndaşların qəbulu yanvarın 18-də saat 10:00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcək.
Daha çoxYaponiyada BYD Toyota-dan daha çox elektrik avtomobil satır
BYD 2024-cü ildə ilk dəfə Yapon EV satışlarında Toyota-nı ötəcək. SİA xəbər verir ki, Yaponiya Avtomobil Satıcıları Assosiasiyasının məlumatına görə, BYD əvvəlki illə müqayisədə 54 faiz artaraq 2223 elektrikli avtomobil satıb. Eyni zamanda, Toyota-nın elektromobil satışları 30 faiz azalaraq 2038 ədəd olub. BYD-nin hazırkı elektrik seriyası Atto 3 (Yuan Plus), Dolphin və Seal EV-dən ibarətdir. Yeni model BYD Sealion 07 EV-nin 2025-ci ildə təqdim ediləcəyi gözlənilir. Satışların 44 faizi azalmasına baxmayaraq, Nissan Yaponiyanın elektromobil bazarında lider olaraq qalır və seqmentin təxminən 50 faizinə nəzarət edir. Bununla belə, şirkətin modellərində də…
Daha çoxCennifer Lopez evi yananlara təkcə ənlik-kirşan yox, həm də…
Amerikalı müğənni Cennifer Lopez Kaliforniyada baş verən yanğınlardan zərər çəkənlərə geyim və kosmetikasını bağışlayıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Page Six” yazıb. Portalın həmsöhbətləri bildiriblər ki, məşhur fəlakət zamanı əmlakını itirənlərə kömək etmək üçün əlindən gələni edir. …O, ayaqqabılar, gödəkçələr, yorğanlar, köynəklər və hətta uşaq paltarları kimi bir çox şey bağışlayıb. O, həmçinin dəriyə qulluq markası JLo Beauty-dən nəmləndirici və təmizləyicilər bağışlamaq qərarına gəlib. Bundan əlavə, insayderlər aydınlaşdırıblar ki, pop müğənnisi zərərçəkənləri zəruri ləvazimatlarla təmin edən A List LA Fire Relief xeyriyyə təşkilatına ianə edib. Nazlı…
Daha çoxAzərbaycanla enerji istiqamətində ortaq işbirliyimiz davam edəcək
Azərbaycanla enerji istiqamətində ortaq işbirliyimiz davam edəcək. SİA-nın məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib. Nazir qeyd edib ki, ölkələr arasındakı münasibətləri daha da gücləndirəcəklər: “Qars-Naxçlvan dəmiryolunu ən qısa zamanda həyata keçirmək hədəfimizdədir”. Hakan Fidan həmçinin Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub: “Azərbaycan-Ermənistan sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində aparılan işlərdən məlumatlıyıq. Ümumilikdə, Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq”.
Daha çoxAvropa İttifaqı Sub-Səhra Afrikası ölkələrinə 510 milyon avro ayırıb
Avropa İttifaqı (Aİ) 2025-ci il üçün 1,9 milyard avro məbləğində ilkin humanitar yardım paketi ayırıb. Bunun 510 milyon avrosu Nigeriya və Sub-Səhra Afrikası ölkələri üçün nəzərdə tutulub. SİA Afrika Press Agentliyinə (APA) istinadla xəbər verir ki, Avropa Komissiyası açıqlamasında bildirib ki, bu vəsaitlər Qərbi və Mərkəzi Afrika, Sahil, Çad gölü hövzəsi, Şimali-Qərbi Nigeriya, Mərkəzi Afrika, Böyük Göllər və Afrika Buynuzu regionlarına yönəldiləcək. Diqqətə çatdırılır ki, yardım 2025-ci ildə 300 milyondan çox insanın həyatına təsir edəcək böyük humanitar böhranlarla mübarizəyə kömək edəcək. Açıqlamada, həmçinin qeyd olunub ki, Yaxın Şərq və Şimali…
Daha çox“Dağlıq Qarabağ respublikası”çiların məhkəməsi başladı
Yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu proses, ilk növbədə, Ermənistanın işğalçı, təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və digər qanunsuz əməllərinin məhkəmə yolu təsbit olunmasına xidmət…
Daha çoxAydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib
Bu gün Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib. SİA xəbər verir ki, gecədə kino tədqiqatçısının həyat və fəaliyyətini özündə əks etdirən fotosərginin açılışı olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından yubilyarı təbrik edən nazir müavini Səadət Yusifova Azərbaycan kino tarixinin araşdırılmasında Aydın Kazımzadənin xidmətlərindən bəhs edib, onun dövlət tərəfindən bir çox mükafatlarla təltif olunduğunu vurğulayıb. Azərbaycan Kinematoqrafçılar İttifaqı adından birinci katib, Xalq artisti Şəfiqə Məmmədova, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adından qurumun direktoru Azər Quliyev A.Kazımzadəyə təbriklərini çatdırıblar. Tədbirin aparıcısı, Azərbaycan Dövlət…
Daha çox