Bu il Azərbaycana səfər edən əcnəbilərin sayı artıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin sayı ümumilikdə 2 milyon 412 min nəfər olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. SİA xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayında əks olunub. “Ölkəyə səfər edən əcnəbilərin təxminən 57 faizi Rusiya, Türkiyə, Gürcüstan və İrandan gələn ziyarətçilərin payına düşüb ki, müvafiq ölkələr üzrə əvvəlki ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb (müvafiq olaraq 18 faiz, 14 faiz, 7 faiz və 30 faiz). Gəlmə sayı üzrə ilk beşlikdə…

Daha çox

Naxçıvanda nağdsız əməliyyatlar üzrə dövriyyə 66 % artıb

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatlar üzrə dövriyyə 2023-cü ilə nisbətən 66,2 % artaraq 1 milyard manatı keçib. Bu barədə SİA-ya Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib. Bundan başqa, məlumata görə, ötən il muxtar respublikada qeydiyyatdan keçmiş POS-terminalların sayı əvvəlki ilə nisbətən 76 % artaraq 2 036, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə isə 38,8 % artaraq 112 milyon manat təşkil edib.

Daha çox

Estoniyanın əhalisi azalır, Finlandiyada isə…

Doğum səviyyəsinin azalması ötən il Latviya və Litvada davam etsə də, Finlandiyada dayanıb …1 yanvar 2025-ci il tarixinə Estoniyanın əhalisi 1.369.285 nəfər təşkil edib ki, bu da Estoniya Statistikasının ilkin məlumatlarına əsasən, əvvəlki illə müqayisədə 5.402 nəfər azdır. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 2024-cü ildə Estoniyada 9646 nəfər doğulub, 15596 nəfər isə ölüb. Qeydə alınmış miqrasiya məlumatlarına əsasən, ölkəyə 13826 nəfər gəlib, 13278 nəfər isə ölkədən çıxıb. 2023-cü illə müqayisədə doğulanların və immiqrantların sayı azalıb. Statistika Departamentinin aparıcı analitiki Terje Trasberqin fikrincə, 2024-cü il…

Daha çox

Bayram günlərində Şəki

Tarix, turizm və təbiətin mükəmməl ahəngi! Artıq bir həftəlik bayram tətili günləri başlayıb. Bu müddətdə insanlar istirahətlərini daha mənalı təşkil etmək üçün yollar arayır. SİA xəbər verir ki, bu günlər paytaxt Bakı ilə yanaşı, bölgələrə də üz tutanlar az olmayacaq. İlk növbədə isə tarixi və qədim məkanlara, turizm infrastrukturu olan rayonlara. Danılmaz faktdır ki, bu sırada Şəki ön sırada gəlir. Çünki bu qədim şəhərin küçə və meydanları, tarixi məkanları ilin bütün fəsillərində qonaqlı-qaralı olur. Bəs Şəkidə bayram tətilinə necə hazırlıq görülüb? Adətən ilin bu günləri Şəki ağ örpəyə bürünər, təbiətdən…

Daha çox

Vətənlə qoşa çəkilir adın

Qarabağ müharibəsinə ölkəmizin hər yerindən oğullar yollandı. Onlarla naxçıvanlı vətənpərvər hərbçi gənc də Vətən torpaqlarını işğaldan azad edənlərdəndir. Naxçıvan da Qarabağ uğrunda onlarla övladını şəhid verdi. 44 gün davam edən II Qarabağ Müharibəsi zamanı iki ay Naxçıvan tamamilə blokada şəraitində yaşamaq məcburiyyətində qaldı. İki ay bu torpağın Azərbaycanla, paytaxt Bakı ilə heç bir əlaqəsi olmadı. 44 gündə isə naxçıvanlıların tək ümidi olan təyyarələr yalnız Naxçıvana şəhid gətirəndə göründü göy üzündə. Naxçıvan şəhid övladlarına qollarını açanda, onları bağrına basanda göründü təyyarələr. Bu təyyarələr əsrlərə qəhrəmanlıq tarixini yazan Naxçıvan şəhərinə, igidlər oylağı…

Daha çox

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə mediatur təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə mediatur təşkil edib. SİA xəbər verir ki, jurnalistlər müəssisədə göstərilən xidmətlərlə əyani tanış olublar. Media nümayəndələrinə müəssisədə həssas qruplardan olan şəxslərlə aparılan reabilitasiya işləri, burada fəaliyyət göstərən şöbələrin iş prinsipləri, göstərilən xidmətlərin formaları, müəssisəyə qəbul qaydaları barədə məlumat verilib. Bildirilib ki, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı…

Daha çox

2 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb

2024-cü ildə Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində 1 871 müqavilə bağlanılıb ki, bu da 2023-cü illə müqayisədə 30,9% çoxdur. SİA bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir. Xatırladaq ki, bu mexanizm Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanı əsasında, şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq olunur. Ümumilikdə 2024-cü ilin sonuna qədər mexanizm vasitəsilə 6257 ailə özünün yaşayış şəraitini yaxşılaşdırıb ki, onların da 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir. Mexanizmi çərçivəsində vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib.…

Daha çox