Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kürdəmirdə vətəndaşları qəbul edəcək. SİA-nın məlumatına görə, qəbul yanvarın 24-ü saat 11:00-da YAP-ın Kürdəmir rayonunda yerləşən inzibati binasında keçiriləcək. Qəbulda Kürdəmir, Zərdab və Ucar rayon sakinlərinin müraciətlərinə baxılacaq.
Daha çoxDay: January 17, 2025
Dünya bazarlarında neftin qiyməti artıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,69% artaraq 1 barelə görə 81.85 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,93% artaraq 1 barelə görə 79.41 ABŞ dollarına bərabər olub.
Daha çoxSəsvermə uğursuzluqla nəticələnib…
Fransanın baş naziri Fransua Bayru hökumətinə solçu qüvvələrin təşəbbüsü ilə keçirilən ilk etimadsızlıq səsverməsi baş tutmayıb. SİA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Milli Assambleyanın aşağı palatasının spikeri Yael-Bron Pive deyib: “Baş nazirə etimadsızlıq haqqında qərar: 131 lehinə. Tələb olunan 289 səs çoxluğu əldə edilmədi, səsvermə keçirilmədi”. Beləliklə, Marin Le Penin rəhbərlik etdiyi Milli Ralli etimadsızlıq səsverməsinin əleyhinə səs verib. Sağçı partiyadan olan deputatların səsi olmasa, sol müxalifət mövcud hökuməti devirmək üçün kifayət qədər səsə sahib olmayacaq. Əli Babayev
Daha çox“BTQ-nin tam işə düşməsi üçün birgə səylər əhəmiyyətlidir”
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tam fəaliyyətə başlaması üçün Azərbaycan və Gürcüstanın birgə səylərinin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında bildirib. “Azərbaycanın əlavə investisiyaları və Gürcüstanın göstərdiyi səylər nəticəsində BTQ-nin illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xətti, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin ayrılmaz hissəsidir. Hazırda limanın illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində fəal işlər görülür. Gürcüstanda…
Daha çoxMemar Sinanın tikdiyi 77 məscid
Türkiyədə məscidlər sadəcə bir ibadət yeri deyil. Bu məscidlər həm də dünya tarixi üçün bir irsdir. Bu məscidlər zəngin mədəniyyətin imzası və burada hakim olan böyük imperiyaların qalığıdır. SİA xəbər verir ki, Türkiyə mədəniyyətinin, tarixinin zənginliyini məscidləri ziyarət etməklə görmək mümükündür. Məhz bu səbəbdəndir ki, Türkiyəyə səfər edən turistlərin böyük hissəsi tarixi və mədəni irsin qorunmasının özündə əks etdirən bu məscidləri ziyarət edirlər. Türkiyəyə səfərimiz çərçivəsində biz də bir neçə məscidi ziyarət etmək şansımız oldu. Tarixlə mədəniyyətin, inamla etiqadın təcəssümünü məhz məscidlərə ziyarətimiz zamanı bir daha şahid olduq. Türkiyə sözsüz…
Daha çox“Qarabağda davamlı iqtisadi inkişafın təmin edilməsi zərərli münaqişələrin qarşısını alacaq”
“Son 3 ildə Azərbaycan işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinə 6,6 milyard dollardan çox (11,2 milyard manatdan çox) vəsait ayrılıb. Məlumdur ki, Azərbaycan ordusunun şanlı qələbəsi ilə bitən İkinci Qarabağ Müharibəsi işğal edilmiş ərazilərin azad edilməsi ilə nəticələnməklə yanaşı erməni işğalçılarının həyata keçirdiyi dağıntıların tam olaraq üzə çıxmasına imkan yaratdı. Bir daha məlum oldu ki, otuz ilə yaxın davam edən işğal müddətində erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində böyük dağıntılar həyata keçirmiş və mövcud olan infrastrukturu demək olar ki, tamamən məhv etmişdir. Əvəzində isə hətta özləri üçün belə…
Daha çox60-dan çox şəxs əvvəlki işlərinə bərpa olunub
Keçən il işdən qanunsuz azad edilən 60-dan çox şəxs əvvəlki işlərinə bərpa olunub. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il vətəndaş müraciətlərini araşdırarkən 61 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar. Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdan çox məbləğdə vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait…
Daha çoxƏmtəə bazarlarında qızılın qiyməti cüzi azalıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,24% azalaraq 2 744.40 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,55% azalaraq 31.55 ABŞ dollarına bərabər olub.
Daha çoxBraziliya dövlət başçısı Azərbaycan Prezidentinə başsağlığı verib
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, mətndə deyilir: “Cənab Prezident. “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin dekabrın 25-də faciəvi şəkildə qəzaya uğraması və 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım. Zati-alinizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən…
Daha çoxQaraçılar Ukraynada qiyam qaldırır
Ukraynanın Zakarpat bölgəsində kişilərin səfərbər olması səbəbindən qaraçılar iğtişaş törədiblər. SİA-nın məlumatına görə, Strana.ua bu barədə Telegram-da yazır. Onların ərazi çağırış mərkəzlərinin (Ukraynadakı hərbi komissarlığın ekvivalenti olan TRK), polisə və Milli Qvardiyanın əməkdaşlarına qarşı üsyan qaldırdıqları bildirilir. Yayımlanan videoda təhlükəsizlik qüvvələrinin pulemyotlar və çoxsaylı polis maşınları əks olunub. Küçəyə çıxan qadınlar kişiləri cəbhəyə çağırmaq istədiklərindən hiddətlənirlər. Vurğulanır ki, bu Zakarpatya bölgəsində qaraçılarla TTK əməkdaşları arasında baş verən ilk münaqişə deyil. …Bundan əvvəl Ukrayna parlamentinin deputatı Olqa Vasilevskaya-Smaqlyuk keçmiş residivistin rəisin ofisindən 27 min avro oğurlayaraq Transcarpathian TCC-dən qaçdığını bildirib. Onun…
Daha çox