Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Qubada vətəndaşlarla görüşüb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Quba, Qusar və digər rayonlardan olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. ADSEA-dan SİA-ya bildirilib ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Agentliyin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar…

Daha çox

20 Yanvar cinayətinə hələ də hüquqi qiymət verilməyib

Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş 20 Yanvar cinayətinə hələ də hüquqi qiymət verilməyib, həmin qanlı cinayəti törətmiş şəxslər məsuliyyətdən kənarda qalıblar. SİA xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1990-cı il 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanatında qeyd edilib. Bəyanatda vurğulanıb ki, Azərbaycana qarşı keçmiş SSRİ rəhbərliyinin qərəzli münasibətinə, tarixi torpaqlarımız olan indiki Ermənistanın ərazisindən azərbaycanlıların deportasiyasına və Azərbaycana qarşı Ermənistanın əsassız ərazi iddialarına etiraz edən xalqımızın iradəsini qırmaq üçün insanlıq əleyhinə törədilmiş bu ağır…

Daha çox

Qrenlandiya ABŞ-a qoşulmaqdan imtina etdi

Qrenlandiya hakimiyyəti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın səs-küylü bəyanatları fonunda ABŞ-a qoşulmağa qarşı çıxıb. SİA xəbər verir ki, Qrenlandiyanın Biznes, Ticarət, Mineral Ehtiyatlar, Ədliyyə və Gender Bərabərliyi Naziri Naaya Nathanielsen bu barədə “The Washington Post” üçün rəy yazısında məlumat verib . “Baş nazirimizin açıq şəkildə qeyd etdiyi kimi, Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz Birləşmiş Ştatların bir hissəsi olmaq istəmirik. Biz nə danimarkalıyıq, nə də amerikalı”, – Nathanielsen bildirib. O əlavə edib ki, Nuuk Vaşinqtonla iqtisadi əməkdaşlığın genişləndirilməsinə müsbət baxır, bu, ərazinin mənimsənilməsini nəzərdə tutmur, lakin həm Qrenlandiya, həm də…

Daha çox

Türkiyənin mədəniyyət paytaxtı İstanbul

İstanbul nəinki Türkiyənin, eləcə də dünyanın ən cəzbedici şəhəridir. SİA xəbər verir ki, İstanbulu bir dəfə görənlər bu şəhərin cazibəsinə düşürlər. Məşhur səyyahlar hələ orta əsrlərdə İstanbulu kəşf edilməyən cənnət adlandırırdılar. İstanbulu gəzmək üçün günlər, hətta həftələr kifayət etmir. Axtardığınız hər şeyi – tarixi yerlər, təbii gözəlliklər və ya mədəni tədbirləri burada tapa bilərsiniz. Gözəlliklər adasının incisi olan İstanbul bir tərəfdən Avropa qitəsi ilə, digər tərəfdən isə Asiya qitəsi ilə əhatələnib. İki qitə arasında nəqliyyat körpülər, bərələr və Boğaziçi tuneli vasitəsilə həyata keçirilir. İstanbulda Bizans və Osmanlı dövrünə aid bir…

Daha çox

Səyyahlardan ibarət növbəti qrup Qarabağ və Şərqi Zəngəzura gəlib

33 beynəlxalq səyyahdan ibarət daha bir qrupun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. SİA xəbər verir ki, səfər “Piki Reels” klubu tərəfindən təşkil olunub. Qrupa klubun rəhbəri İv Buvi rəhbərlik edir. Bu səfərdə 12 ölkədən – ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya, Hollandiya və s. ölkələrdən turistlər iştirak edir. Onların səfəri üç gün davam edəcək. Qonaqlar əvvəlcə Füzuliyə, daha sonra isə Xocavənd və Şuşaya səfər edəcəklər. Səfər planına Xocalı və Ağdama səfər də daxildir və sabah onlar Laçın və Kəlbəcərə gedəcəklər. Sonuncu gün turistlər Cəbrayıl, Qubadlı və Zəngilana səfər…

Daha çox

20 Yanvar – istiqlaliyyətə gedən yol

İqtisadiyyat Nazirliyində Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib İqtisadiyyat Nazirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, Nazirlikdən bildirilib ki, tədbirdə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədri tarix elmləri doktoru, professor Anar İsgəndərov 20 Yanvar hadisələrinin tarixi-siyasi aspektləri barədə çıxış edib. Qeyd edib ki, 20 Yanvar – istiqlaliyyətə gedən yol,…

Daha çox

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Daha çox

“20 Yanvar təkcə qanlı deyil, şərəfli və şanlı səhifəmizdir” – Qafqaz Xəbər – Qafqaz Xəbər – Qafqaz Xəbər

“20 yanvar hadisəsi Mixail Qorbaçov başda olmaqla Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ən ağır cinayətlərdən biridir. Ordu ölkəni xarici hərbi müdaxilədən qorumalı olduğu halda, dinc əhaliyə qarşı silah işlətdi. Həmin vaxt insanların istədikləri Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasını dayandırmaq, tarixi torpaqları olan Ermənistanda yaşayan azərbaycanlıların qovulmasının qarşısını almaq və erməni separatizmini dayandırmaq idi. Sovet rəhbərliyi Azərbaycan xalqının bu haqlı tələbini yerinə yetirmədi. Onun əvəzində qanlı qırğın törədildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, 20 Yanvar hadisəsinə ilk münasibəti o zaman Moskvada ağır şərtlər…