…yəni üç trilyon avronu keçib. …İtaliyanın dövlət borcu noyabrda daha da artaraq 3 trilyon avronu keçərək rekord həddə çatıb. SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bu barədə çərşənbə günü avrozonanın üçüncü ən böyük iqtisadiyyatının mərkəzi bankı məlumat yayıb. İtaliyanın nəhəng dövlət borcunun sabitliyi uzun müddətdir ki, avrozonanın sağ qalması üçün həlledici rol oynayır. İtaliya Bankının məlumatına görə, noyabrda İtaliyanın borcu əvvəlki ayda 2,981,3 milyard avrodan 3,005,2 milyard avroya yüksəlib. Hökumət, ölkənin dövlət borcunun – ümumi daxili məhsula (ÜDM) nisbətdə Yunanıstandan sonra artıq avrozonada ikinci ən…
Daha çoxDay: January 17, 2025
Şərqin əbədi incisi Diyarbəkir
Türkiyə turizminin önəmli yerlərindən biri olan Diyarbəkir bir tarix şəhəridir. Bu şəhər daş kitabələri xatırladan və turistlərin heyranlıqla izlədiyi abidələrlə doludur. SİA xəbər verir ki, şәhәr tarix boyu Asiya qitəsinin Mesopotamiyaya açılan qapısı xüsusiyyәtinә malik olub. İpәk Yolu üzәrindә yerlәşdiyi üçün şәrqin әn monumental sarayları, bir-birindәn gözәl körpülәri mәhz bu şәhәrdә inşa olunub. Diyәrbәkir qalası vә Hevsel bağları şәhәrdә mövcud olan әn әhәmiyyәtli tarixi abidәlәrdәn bәzilәridir. Tarix boyu mövqeyinә görә Mesopotamyanı ələ keçirmək istəyən qüvvәlәrin toqquşmasına səhnə olan şəhər müxtəlif mədəniyyətlərin izlәrini daşıyır. İlk qala divarının inşasının şәhәrin Hitit və…
Daha çoxŞəhidləri necə yaşadırıq?..
Kimdir şəhid? Həyatını Vətən, torpaq uğrunda qurban verən vətəndaş. Gəncliyindən, ömründən, arzularından keçən Vətən övladı. Qorxmaz, sinəsini irəliyə verməyə cəsarəti olan, ölümün gözünün içinə dik baxa bilən cəsur igid, ərdir, şəhid. Şəhidliyi ilə ölməyən, daim məxsus olduğu ölkənin səmalarında dolaşan, hər kəsdən ucada dayanan ucalıqdər şəhid. Bir an belə unudulmayan, yaddan çıxmayan, hər zaman böyük qürurla anılan, haqqında dastanlar yaradılmalı, kitablar yazılmalı, filmlər, tamaşalar çəkilməli olan Vətən oğlu, qızıdır, şəhid. Biz Azərbaycan xalqı olaraq az şəhid görməmişik. Elə ötən bir qərinəlik dövrə nəzər salsaq, görərik ki, çoxsaylı şəhidimiz olub. Qarabağın…
Daha çoxBələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub
Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində yanvarın 17-də Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər ətraflı müzakirə olunub. SİA xəbər verir ki, tədbir seminar-müşavirədə MSK-nın və Daxili İşlər Nazirliyinin nümayəndələri, ölkəmizin şimal-qərb bölgəsində, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən seçki dairələri üzrə dairə seçki komissiyalarının sədrləri, şəhər və rayon polis şöbələrinin məsul əməkdaşları iştirak ediblər. Tədbir Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi, polkovnik Elnur Həsənov və Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri…
Daha çox9 kəndi birləşdirən yolların yenidən qurulması yekunlaşıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamına uyğun olaraq, Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax magistarl avtomobil yolunun 218-ci km-lik hissəsindən ayrılan Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunu yenidən qurub. SİA bu barədə agentliyə istinadən xəbər verir. Uzunluğu 42,35 kilometr olan yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Layihəyə uyğun yolun hərəkət hissəsinin eni 6 metrə qədər genişləndirilib. Layihə üzrə yol boyu torpaq işləri yerinə yetirilib, yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu və…
Daha çoxİlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yanvarın 17-də ölkədə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü keçirilib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Daha çoxLos-Ancelesdəki meşə yanğınlarında 31 nəfər itkin hesab olunur
Los-Anceles vilayətindəki meşə yanğınlarında 31 nəfər itkin düşüb. SİA-nın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransı zamanı vilayət rəhbərliyi deyib. Bildirib ki, yanğınlardan sonra itkin düşmüş 43 nəfər barədə məlumat verilib və onlardan 12-nin sağ olduğu müəyyən edilib. Əlavə edilib ki, 31 nəfərdən 24-ü İton, 7-si isə Paliseyds bölgəsində itkin düşüb. Təxminən 82 min 400 nəfər təxliyə, 90 min 400 nəfər isə təxliyə xəbərdarlığı altındadır. Qeyd edək ki, Los-Ancelesdə gələn həftənin əvvəlindən növbəti dəfə şiddətli küləyin müşahidə olunacağı proqnozlaşdırılır.
Daha çoxÖtən il milli parkları 224 mindən çox turist ziyarət edib
Keçən il ərzində Azərbaycanın müxtəlif ərazilərini əhatə edən milli parkları 224 min 638 turist ziyarət edib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bundan başqa, bayram günlərində milli parkları 3 min 515 nəfər ziyarət edib. Belə ki, Şirvan və Ağgöl Milli Parklarında parkı ziyarət edən turistlər teleskopla quşları müşahidə edib, Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivindən donmuş şəlaləyə gəzinti təşkil olunub.
Daha çoxİlahi, insan da özünü bu hala salar?
Molla Nəsrəddin: -Ay bala, bu nədir, bu qadınların hamısı niyə bir-birinə oxşayır? Bunların dodağı-başı niyə bu gündədir? Adam qorxur… -Ay Molla əmi, dəbdir də. Elə ki, burunların kiçildilməsi, dodaqların şişirdilməsi dəb halını aldı, eyni həkimə və kosmetoloqa müraciət edən qadınlar da bir-birinə bənzəməyə başladılar. Çünki bir həkimin, bir kosmetoloqun bacardığı iş onlarla qadının üzündə təzahür edir. – Bismillahir-rəhmanir-rəhim. Nə danışırsan, burunların kiçildilməsi, dodaqların şişirdilməsi nə deməkdir, bu nəyə lazımdır? – Belədir də, ay Molla əmi, biri görür burnu böyükdür, çirkin görünür, gedir həkimə, kiçiltmək istəyir. Həkim də pulunu alır, burnunu…
Daha çox“Youtube”da fişinq hücumlarının sayı artır
Son zamanlar “YouTube” sosial şəbəkəsində eyni məzmundan istifadə edilərək müxtəlif domenlər üzərindən həyata keçirilən fişinq hücumlarının sayı artmaqdadır. SİA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. “Sözügedən hücumlarda hər bir domen reklam kampaniyası vasitəsilə hədəf auditoriyalara çatdırılır. Keçirilən saxta kampaniya çərçivəsində vətəndaşlardan keçidə daxil olaraq fərdi məlumatlarını (ad, soyad, e-poçt, telefon nömrəsi) daxil etmək tələb olunur. Daha sonra zəng vasitəsilə maliyyə vəsaitinin ələ keçirilməsi üçün bank kartı məlumatları istənilir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı…
Daha çox